main-post-cover

    Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıxa bilər

    Cihazlar+
    02.06.2023
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib smartfonu ortaya çıxmışdı. Həmin vaxtda bir çoxları güman etmişdilər ki, həmin smartfon məhz Galaxy S23 FE-dir. Lakin Ice Universe ləqəbli məşhur insayder tamamilə fərqli məlumata sahibdir. İnsayderin sözlərinə əsasən SM-S919O model nömrəsinə sahib smartfon heç də Galaxy S23 FE deyil.
        İnsayder bildirib ki, o, Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib olan versiyasıdır. Qeyd etmək lazımdır ki, ilin əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seriyasında Samsung öz prosessorundan imtina etmişdi. Nəticədə bütün Galaxy S23 modelləri Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olundular. Ola bilsin ki, Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası adi Galaxy S23 Ultra-nın bir qədər ucuz qiymətə satılacaq alternativ versiyası kimi təqdim olunsun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər