Samsung Galaxy S23 FE-nin növbəti render fotoları təqdim edilib

Samsung Galaxy S23 FE-nin növbəti render fotoları təqdim edilib

Mobil Cihazlar
13.09.2023 PAYLAŞIM

    Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə insayderlər sözügedən smartfonun yeni render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolarda smartfon Graphite adlı gövdə rəngində əks olunub. Render fotolardan da görmək olar ki, Galaxy S23 FE xarici görünüşcə adi Galaxy S23 modelinə bənzəyəcək. Smartfon yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək.


    Arxa paneldə isə 3 ədəd kamera obyektivi yerləşəcək. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym Dynamic AMOLED ekranla təchiz olunacaq. Smartfon satılacağı regiondan asılı olaraq Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessoruna sahib olacaq. Bundan əlavə olaraq Galaxy S23 FE özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kameranı, 10 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Smartfonun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.



DAHA ÇOX


Redmi K70 barəsində yeni məlumatlar verilib

Digital Chat Station ləqəbli məşhur insayder Redmi brendinin flaqman smartfon seriyası olacaq Redmi ..


iPhone 16 hansı prosessor vasitəsilə çalışacaq?

iPhone 15 smartfonlarının yenicə satışa çıxdıqlarına baxmayaraq insayderlər artıq gələn ilki iPhone ..


Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

Xiaomi qlobal bazarda Xiaomi 13T və 13T Pro smartfonlarını təqdim edib.


Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxıb..

Google Pixel 8 smartfonlarının təqdimatlarına 1 həftə qalmış onların texniki göstəriciləri internetd..


Samsung Galaxy S23 FE hansı qiymətə satılacaq?

Mysmartprice saytı təqdimata hazırlaşan Samsung Galaxy S23 FE smartfonunun satış qiyməti barəsində m..


Samsung Galaxy A35 barəsində ilk məlumatlar ortaya çıxıb

Samsung mart ayında Galaxy A34 smartfonunu təqdim etmişdi. İndi isə şirkət aktiv şəkildə onun davamç..

×