main-post-cover

    Samsung Galaxy A13 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Cihazlar+
    05.12.2022
    Farid Pardashunas
        Samsung şirkəti öz smartfonlarında Android 13 əməliyyat sistemini istifadəyə verməyə davam edir. Bu dəfə sözügedən əməliyyat sistemini Galaxy A seriyasının daha bir modeli əldə edib. Söhbət, Galaxy A13 5G smartfonundan gedir. Məlumatda qeyd edilib ki, Android 13-ün stabil versiyasını Galaxy A13 5G-nin Avstriya, Xorvatiya, Fransa, İrlandiya, İtaliya, Polşa, Portuqaliya, Serbiya, Sloveniya, İsveçrə, Çexiya və Böyük Britaniyadan olan istifadəçilər əldə etməyə başlayıblar. Digər ölkələrdə Galaxy A13 5G üçün Android 13-ün stabil versiyası yaxın günlərdə istifadəyə veriləcək. Android 13 ilə yanaşı Galaxy A13 5G smartfonu həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər