main-post-cover

    Rəsmi: Bu il Xiaomi 13S smartfon seriyası olmayacaq

    Cihazlar+
    22.02.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti bu il üçün Xiaomi 13S smartfon seriyasının təqdimatını planlaşdırmır. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Qeyd etmək lazımdır ki, Xiaomi 2021-ci ilin sonunda Xiaomi 12 smartfon seriyasını təqdim etmişdi və 2022-ci ildə onu yeniləyərək Xiaomi 12S smartfon seriyasını təqdim etdi. Həmin seriyaya Xiaomi 12S, 12S Pro, 12S Utra modelləri daxildir. Onlar Snapdragon 8+ Gen 1 prosessoru və Leica şirkətinin kameraları ilə təchiz olunurlar. Bir çoxları gözləyirdilər ki, Xiaomi ənənəyə sadiq qalaraq keçən ilin sonunda təqdim edilmiş Xiaomi 13 seriyasının təkmilləşdirilmiş Xiaomi 13S seriyasını təqdim edəcək. Lakin şirkət rəsmi şəkildə təsdiqlədi ki, bu il Xiaomi 13S smartfon seriyası olmayacaq. Lakin gözləntilərə əsasən şirkət Xiaomi 13S əvəzinə digər flaqman smartfonlarını təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər