main-post-cover

    Rəsmi Apple servis mərkəzində iPhone 14 batareyasının dəyişdirilməsi hansı qiymətə başa gələcək?

    Cihazlar+
    13.09.2022
    Farid Pardashunas
        Bu il Apple şirkəti yeni iPhone modellərinin qiymətlərini qaldırmadı. Lakin məlum olub ki, bu qərar smartfonların yalnız satış qiymətlərini əhatə edir. Şirkətin rəsmi saytında iPhone 14 batareyasının hansı qiymətə əvəz edilməsi barəsində məlumat yerləşdirilib. Həmin məlumatdan belə qənaətə gəlmək olar ki, iPhone 13 batareyasının əvəz edilməsi ilə müqayisədə iPhone 14 batareyasının əvəz edilməsi 1.5 dəfə daha baha başa gələcək. Beləliklə Apple şirkətinin rəsmi xidmət mərkəzlərində iPhone 14 batareyasının dəyişdirilməsi 99$-a başa gələcək. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 13 modelinin batareyasının dəyişdirilməsi 69$-a, iPhone SE modelinin batareyasının dəyişdirilməsi isə 49$-a başa gəlir.
        Britaniyadan olan istifadəçilər isə ümumiyyətlə iPhone 14 batareyasının əvəzlənməsi üçün daha çox pul ödəməli olacaqlar. Belə ki, Britaniyada iPhone 14 batareyasının əvəzlənməsi 105 funt sterlinqə (122.94$) başa gələcək. Yeni iPhone 14-ün batareyasının dəyişdirilmə qiymətinin bu qədər yüksəlməsinin rəsmi səbəbi məlum deyil. Sadəcə olaraq güman etmək olar ki, bu, smartfonun daxili detallarının daha mürəkkəb şəkildə yığılması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, AppleCare+ proqramının iştirakçıları üçün batareyanın dəyişdirilməsi pulsuz başa gəlir. Ən ucuz iPhone 14 versiyası üçün AppleCare+ proqramının aylıq abunə haqqı 7,99$, 2 illik abunə haqqı isə 199$ təşkil edir. Genişləndirilmiş zəmanət proqramı olan AppleCare+ özündə həmçinin digər detalların da pulsuz dəyişdirilməsi imkanını birləşdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər