main-post-cover

    Qlobal bazarda Huawei Watch Fit 3 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.05.2024
    Brilyant Rasulova
         Huawei qlobal bazarda yeni smart saatını təqdim edib. Söhbət, Huawei Watch Fit 3-dən gedir. Beləliklə təqdim edilmiş bu yeni smart saatın gövdəsi kvadrat formaya sahibdir. Buna görə də o, Apple Watch smart saatlarını xatırladır. Bununla yanaşı smart saatın gövdəsi olduqca yüngül və nazikdir. Onun qalınlığı 9.9 mm, çəkisi isə 26 qramm (kəmərsiz) təşkil edir. Smart saatın gövdəsi 5ATM standartı üzrə suya dözümlüdür. Huawei Watch Fit 3 smart saatı HD keyfiyyətli 1.82 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1500 nit təşkil edir.
         Huawei Watch Fit 3 ürək döyüntüləri tezlikləri ilə qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Bununla yanaşı smart saat 100-dən çox idman rejimini dəstəkləyir. Smart saat yuxu keyfiyyətinə Huawei TruSleep 4.0 texnologiyası vasitəsilə nəzarət edir. Bu texnologiya özündə yuxu zamanı nəfəs alma bacarığının qiymətləndirilməsi funksiyasını birləşdirir. Bunun sayəsində smart saat istifadəçinin yuxu keyfiyyətinə daha dəqiq şəkildə nəzarət edir. Qandakı oksigen miqdarının ölçülməsi prosesi isə cəmi 25 saniyəyə reallaşdırılır.
         Huawei Watch Fit 3 özündə Bluetooth 5.2-ni, mikrofonları və səsgücləndiriciləri birləşdirir. Bütün bunların sayəsində smart saat smartfona daxil olan bildirişlər ilə zəngləri qəbul edə və o cümlədən smartfon kamerası ilə mediaplayeri idarə edə bilir. Huawei Watch Fit 3 bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa bilir. Onun tam enerji yığması üçün isə cəmi 1 saat vaxt lazımdır. Smart saatın satışlarına 22 may tarixində start veriləcək. Onun sahib olduğu kəmərin materialından asılı olaraq smart saatın qiyməti 160 avro və ya 180 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti Huawei-yə prosessor satışını Intel ilə Qualcomm-a tamamilə qadağan edib
    abs-hokumeti-huawei-ye-prosessor-satisini-intel-ile-qualcomm-a-tamamile-qadagan-edib
    Huawei Pura 70 smartfon seriyasının qlobal bazarda satışı elan edilib
    huawei-pura-70-smartfon-seriyasinin-qlobal-bazarda-satisi-elan-edilib
    Təqdimata hazırlaşan Huawei Watch Fit 3 smart saatının əsas özəllikləri açıqlanıb
    teqdimata-hazirlasan-huawei-watch-fit-3-smart-saatinin-esas-ozellikleri-aciqlanib
    Huawei kompüterlər üçün nəzərdə tutulmuş yeni Kirin prosessoru üzərində çalışır
    huawei-komputerler-ucun-nezerde-tutulmus-yeni-kirin-prosessoru-uzerinde-calisir
    Huawei qlobal bazar üçün yeni cihazlarının təqdimatlarını anons edib
    huawei-qlobal-bazar-ucun-yeni-cihazlarinin-teqdimatlarini-anons-edib