main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Flip 5 barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        Samsung-un hələ bir neçə müddət bundan öncə qatlana bilən Galaxy Z Flip 4-ü təqdim etməsinə baxmayaraq şirkət artıq Galaxy Z Flip 5 üzərində çalışır. Ross Young adlı məşhur analitik isə sözügedən smartfon barəsində ilk məlumatları təqdim edib. Analitikin sözlərinə əsasən Samsung Galaxy Z Flip 5-in xarici ekran ölçüsünü böyütməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 4 modeli 1.9 düym ölçülü xarici ekrana sahibdir. Ross Young isə qeyd edib ki, Samsung Galaxy Z Flip 5-də xarici ekranın ölçüsü 3 düym təşkil edə bilər. Bundan əlavə olaraq analitik bildirib ki, şirkət yeni qatlana bilən smartfonda sonunda şarnir konstruksiyasını yeniləyəcək. Yeni şarnir konstruksiyası sayəsində ekran üzərindəki qatlanma izi daha az nəzərə çarpacaq. Galaxy Z Flip 5-in nə zaman təqdim ediləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər