Qatlana biləcək Motorola RAZR 2 nə ilə fərqlənəcək?

Qatlana biləcək Motorola RAZR 2 nə ilə fərqlənəcək?

Mobil Cihazlar
05.06.2020 PAYLAŞIM

    DSCC şirkətinin CEO-su Ross Young, Motorola RAZR 2 smartfon modeli barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən növbəti qatlana biləcək Motorola RAZR 2 smartfon modelinin əsas ekran ölçüsü böyüdüləcək. Belə ki, o, 6.7 düym Flex View ekrana sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Motorola RAZR modeli 6.2 düym əsas ekran ilə təchiz olunur.

    Başqa sözlə desək, Motorola RAZR 2-nin əsas ekranı Galaxy Z Flip-in əsas ekranı kimi olacaq. Bundan əlavə olaraq Motorola RAZR 2-nin ikinci Quick View ekranının da ölçüsü böyüdüləcək. Lakin onun hansı ölçüdə olacağı bilinmir. Hal hazırki Motorola RAZR modelinin ikinci ekran ölçüsü 2.7 düym-dür. Qeyd etmək lazımdır ki, Motorola RAZR 2 smartfonu smith kod adına sahibdir. Məlumata əsasən yenilənmiş model də orijinal kimi orta səviyyəli texniki özəlliklər əldə edəcək.


    Belə ki, onun Snapdragon 765G prosessoru 5G modem, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi və 2845 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Hələ bir neçə müddət bundan öncə Lenovo şirkətinin Afrika şöbəsi üzrə general direktoru qeyd etmişdi ki, Motorola RAZR 2 smartfonu bu ilin sentyabr ayında təqdim olunmalıdır.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×