Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Orta büdcəli Xiaomi Civi 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
27.09.2022 PAYLAŞIM

    Xiaomi şirkəti ilk növbədə gənclər üçün nəzərdə tutulmuş Civi 2 smartfonunu təqdim edib. Sözügedən smartfon birinci Civi modelindən fərqli olaraq tamamilə yeni dizayn və ön kameranın ekranda yerləşdirilməsi üçün nəzərdə tutulmuş qeyri-adi çıxıntı hissə əldə edib. Xiaomi Civi 2-ni selfie fotolar üçün nəzərdə tutulmuş ən yaxşı smartfon kimi qələmə verir. Lakin smartfonun digər maraqlı texniki özəllikləri də var. Beləliklə Civi 2 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub.


    Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşib. Həmin çıxıntı hissə xarici görünüşcə iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island adlı çıxıntı hissəyə bənzəyir. Bununla yanaşı Civi 2-nin ekranı Dolby Vision texnologiyasını dəstəkləyir və əlavə olaraq Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bundan əlavə olaraq smartfon özündə kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir.

    Əsas texniki özəlliklərə gəldikdə isə Civi 2 modeli Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş, 50 MP + 20 MP (115 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP (avtofokus) + 32 MP (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfon Çin bazarında artıq satışa çıxıb. Onun qlobal bazarda hansı ad ilə satışa çıxacağı bilinmir. Xiaomi Civi 2-nin Çin bazarında satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM + 128 GB yaddaş - 334$

- 8 GB RAM + 256 GB yaddaş - 350$

- 12 GB RAM + 256 GB yaddaş - 390$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 13-ün yeni təqdimat tarixi məlum olub

Xiaomi şirkəti Xiaomi 13 smartfon seriyasının yeni təqdimat tarixini açıqlayıb.


Redmi brendinin 50 MP-lik əsas arxa kameraya sahib ən ucuz smartfonu hazırlanır..

Redmi brendi Redmi 11A smartfonu üzərində çalışır. Sözügedən smartfon Redmi brendinin 50 MP-lik əsas..


Google şirkətinin ilk qatlana bilən smartfonu Geekbench testlərindən keçib

Geekbench bençmark saytının məlumatlar bazasında Google Felix adlı smartfon barəsində məlumatlar ort..


Samsung Galaxy A13 üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

Samsung şirkəti öz smartfonlarında Android 13 əməliyyat sistemini istifadəyə verməyə davam edir..


Məşhur insayder Xiaomi 13 Ultra-nın kameraları barəsində məlumatlar verib

8 dekabr tarixində Xiaomi şirkəti özünün yeni flaqman smartfon seriyasının təqdimatını keçirdəcək...


iPhone 15 ilə iPhone 15 Pro arasındakı fərq böyük olmayacaq

Analitiklərin vermiş olduqları yeni məlumata əsasən gələn il iPhone 15 ilə iPhone 15 Pro arasındakı ..

×