main-post-cover

    MWC 2023: Xiaomi 13 və Xiaomi 13 Pro-nun qlobal versiyaları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    26.02.2023
    Farid Pardashunas
    Xiaomi şirkəti Barselonada start götürmüş MWC 2023 sərgisi çərçivəsində Xiaomi 13Xiaomi 13 Pro smartfonlarının qlobal versiyalarını təqdim edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar hələ dekabr ayında Çin bazarında təqdim edilmişdi. İndi isə onların qlobal versiyaları satışa çıxmağa hazırlaşırlar. İlk öncə Xiaomi 13 modelinə nəzər yetirək. İlk öncə qeyd etmək lazımdır ki, smartfonların qlobal versiyaları Çində satılan versiyalardan xarici görünüşcə heç fərqlənmirlər. Adi Xiaomi 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.36 düym E6 OLED ekran ilə təchiz olunub. Ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir.
        Əsas texniki göstəricilər baxımından Xiaomi 13-ün qlobal versiyas Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya), 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.1 diafraqma, optik stabilizasiya) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumu batareya ilə təchiz olunub. Smartfonun batareyası həmçinin 50 vatt gücündə sürətli naqilsiz və 10 vatt gücündə ikitərəfli şarj texnologiyalarını da dəstəkləyir. İndi isə keçək Xiaomi 13 Pro-nun qlobal versiyasına. Xiaomi 13 Pro-nun qlobal versiyası 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD+ (Wide High Quad Definition) keyfiyyətli 6.73 düym LTPO OLED ekran ilə təchiz olunub. Xiaomi 13-ün qlobal versiyasından fərqli olaraq Xiaomi 13 Pro-nun qlobal versiyasının ekranı Gorila Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.
        Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma) + 50 MP (f/2.2 diafraqma, 115 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi 13 Pro-nun qlobal versiyası həmçinin 50 vatt gücündə sürətli naqilsiz və 10 vatt gücündə ikitərəfli şarj texnologiyalarını dəstəkləyir. Xiaomi 13 smartfonlarının qlobal versiyalarının Avropa bazarında satışlarına 8 mart tarixində start veriləcək. Xiaomi 13-ün qiyməti 999 avrodan, Xiaomi 13 Pro-nun qiyməti isə 1299 avrodan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər