main-post-cover

    Moto X40 Pro flaqman smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        OneLeaks ləqəbli məşhur insayder Motorola-nın növbəti flaqman smartfon modelinin keyfiyyətli render fotolarını təqdim edib. Söhbət, Moto X40 Pro (Motorola Edge 40 Pro) smartfonundan gedir. Beləliklə tənqid edilmiş render fotolardan da görmək olar ki, Moto 40 Pro modeli xarici görünüşcə Motorola Edge 30 Pro-ya bənzəyəcək. Smartfon kənar hissələri bir qədər əyilmiş dizayna sahib ekran, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı və üçlü arxa kamera ilə təchiz olunacaq.
        Kameralar arxa paneldə xüsusi kvadrat sahənin daxilində yerləşəcəklər. Texniki özəlliklərə gəldikdə isə Moto X40 Pro modeli 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Moto X40 Pro ya bu ay ya da gələn ay təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər