main-post-cover

    Məşhur insayder Xiaomi 12T və 12T Pro-nun texniki özəllikləri ilə render fotolarını təqdim edib

    Cihazlar+
    18.09.2022
    Farid Pardashunas
        Roland Quandt adı məşhur insayder Xiaomi şirkətinin hələ təqdim olunmamış yeni Xiaomi 12T 12T Pro flaqman smartfonlarının texniki özəllikləri barəsində məlumat verib və onların keyfiyyətli render fotolarını təqdim edib. İnsayderin sözlərinə əsasən şirkət sözügedən smartfonların aşağı satış qiymətlərini qoruyub saxlamaq üçün bəzi güzəştlərə getməli olub. Lakin digər insayderlərin sözlərinə əsasən bu smartfonlar yenə də baha qiymətə satılacaqlar. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Xiaomi 12T Pro-nun əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 200 MP-lik əsas arxa kameraya sahib olacaq. Bu, Xiaomi-nin 200 MP-lik əsas arxa kameraya sahib ilk smartfonu olacaq.
        Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə 200 MP-lik əsas arxa kameranı dünyada ilk əldə etmiş smartfon Moto Edge 30 Ultra (qlobal bazarda Moto X30 Pro) olmuşdu. Məlumdur ki, sözügedən kamera sensoru f/1/69 diafraqmaya sahibdir. Lakin Xiaomi 12T Pro-da bu kameranın optik stabilizasiya sistemini əldə edib-etməyəcəyi bilinmir. Smartfonun əldə edəcəyi ikinci kamera 8 MP-lik ultragenişbucaqlı obyektiv, üçüncü kamera isə 2 MP-lik olacaq. Roland Quandt onu da qeyd edib ki, Xiaomi 12T Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym AMOLED ekranı özündə birləşdirəcək.
        Texniki özəlliklər baxımından smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən Xiaomi 12T Pro modeli 849 avro qiymətində satışa çıxacaq. Adi Xiaomi 12T modelinə gəldikdə isə o, Xiaomi 12T Pro-dan iki özəlliyə görə fərqlənəcək. Belə ki, Xiaomi 12T modeli 108 MP-lik əsas arxa kamera və MediaTek Dimensty 8100 Ultra prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq adi modelin həmçinin 128 GB daxili yaddaşa sahib versiyası da olacaq. Məlumata əsasən Xiaomi 12T 649 avro qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər