Məşhur insayder qatlana bilən Galaxy Z Fold 4-ün dizaynını sərgiləyib
Cihazlar+
11.05.2022
Farid Pardashunas
OnLeaks ləqəbli məşhur insayder yaxın aylarda təqdim ediləcək qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun xarici görünüşünü sərgiləyib. Əvvəlki Galaxy Z Fold modellərindən fərqli olaraq yeni smartfon bəzi dəyişikliklərə məruz qalıb. Belə ki, öz iki ekranının ölçülərini qoruyub saxlamaqla Galaxy Z Fold 4 daha kompkat ölçüdə reallaşdırılıb. Əvvəlki Galaxy Z Fold modellərində olduğu Galaxy Z Fold 4 də daxildən böyük ölçülü qatlana bilən ekran və xaricdən köməkçi ekran rolunu oynayan əlavə ekran ilə təchiz olunacaq. Gövdə perimetri üzrə çərçivə daha yastı olacaq, kameralar sahəsinin dizaynı isə Galaxy S22 Ultra modelindəki kimi reallaşdırılacaq.
Bundan əlavə olaraq yeni smartfonun həm aşağı həm də yuxarı hissələrində stereo səsgücləndiricilər yerləşdiriləcək. İnsayderlərin verdikləri son məlumatlara əsasən Galaxy Z Fold 4 modeli 7.6 düym daxili ekran və 6.2 düym xarici ekran ilə təchiz olunacaq. Yəni yeni smartfon Galaxy Z Fold 3-ün ekran ölçülərini özündə birləşdirəcək. Lakin bununla belə Galaxy Z Fold 4 daha kompakt ölçüyə sahib olacaq. Çox güman ki, yeni smartfonda ekran ətrafı çərçivələr maksimal dərəcədə nazik dizaynda reallaşdırılacaq. Galaxy Z Fold 4 modelinin Galaxy Z Flip 4 ilə birlikdə avqust ayında təqdim ediləcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ