LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

LG şirkəti T hərfi formasında dizayna sahib LG Wing smartfonunu təqdim edib

Mobil Cihazlar
14.09.2020 PAYLAŞIM

    LG şirkəti bu ilin ən qeyri adi smartfonlarından biri olan LG Wing-i təqdim edib. Sözügedən smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ekrana sahibdir və ikinci ekran hərəkət mexanizminə sahibdir. Şirkətin verdiyi məlumata əsasən bu cür konstruksiya istifadəçiyə smartfondan müxtəlif istifadə ssenarilərini təqdim edir. Adi formada LG Wing tamamilə standart smartfona bənzəyir və bu halda o, nazik çərçivələri özündə birləşdirən 6.8 düym ekrana sahib olur. Lakin istifadəçi həmin ekranı 90 dərəcə çevirərək 3.9 düym ölçüsündə olan ikinci ekrana keçid edə bilir.


    Nəticədə hər bir ekranda müxtəlif tətbiqlər işə düşə bilər. Digər istifadə ssenarisinə əsasən ekranlar bir-birilərini tamamlaya da bilərlər. Məsələn, 90 dərəcə çevrilmiş ekranda video, ikinci ekranda isə videonun idarəetmə düymələri əks oluna bilərlər. Lakin LG Wing-dən ən ideal istifadə ssenarisi məhz video çəkilişidir. Bu halda smartfon əl stabilizatoru rolunu imitasiya edir. Bunun üçün smartfonun kamera tətbiqində xüsusi çəkiliş rejimi mövcuddur.

    Əsas texniki göstəricilərə gəldikdə isə LG Wing smartfonu 5G dəstəkli Snapdragon 765G prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 64 MP (optik stabilizasiyalı) + 12 MP (ultragenişbucaqlı sensor) + 12 MP üçlü arxa kamera, 32 MP-lik hərəkətli ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. İlkin növbədə LG Wing yalnız ABŞ-ın mobil operatorlarının istifadəçiləri üçün satışa çıxacaq. Smartfonun qiyməti barəsində isə heç bir məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..


iPhone 12 ilə iPhone 12 Pro-nun performans və enerji sərfiyyatı testləri keçiril..

iPhone 12 ilə iPhone 12 Pro-nu əldə etmiş ilk bloqqerlər və jurnalistlər həmin smartfonların perform..


Redmi brendi iPhone 12 mini kimi kompakt smartfon istehsal etmək istəyir: Lakin ..

Redmi brendinin rəhbəri Lu Weibing Çinin Weibo sosial şəbəkəsində bildirib ki, şirkət, adında mini s..


iPhone 12-də 5G şəbəkəsi müəyyən məhdudiyyətlə çalışacaq

Bu ayın ortasında təqdim olunmuş iPhone 12 seriyası Apple şirkətinin 5G dəstəkli ilk smartfon seriya..


iPhone 12-nin zədələnmiş ekranını dəyişdirmək hansı qiymətə başa gələcək?..

Digər istehsalçılarda olduğu kimi Apple şirkətinin də rəsmi zəmanəti cihazların mexaniki zədələnmələ..


iPhone 12 və iPhone 12 mini modellərinin batareya həcmləri məlum olub

Ənənəyə sadiq qalaraq Apple şirkəti öz smartfonlarının təqdimatı zamanı onların batareya həcmləri ba..

×