main-post-cover

    Lenovo Legion gamer smartfonunun rəsmi fotoları təqdim olunub

    Cihazlar+
    17.07.2020
    Farid Pardashunas
        İnternetdə Lenovo Legion gamer smartfonunun rəsmi fotoları ortaya çıxıb. Lenovo şirkəti smartfonun posterini Weibo sosial şəbəkəsində paylaşaraq onun xarici görünüşünü sərgiləyib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə fotodan da görmək olar ki, sözügedən smartfon qeyri adi dizayna sahib olacaq. Smartfonun ön kamerası kənar hissəyə inteqrasiya ediləcək və hərəkətli sistemə sahib olacaq. Arxa panelin mərkəzi hissəsində isə ikili kamera yerləşəcək.
        Bu cür qeyri standart dəyişikliklər ona görə edilib ki, smartfondan üfüqi şəkildə rahat istifadə etmək mümkün olsun. Qeyd etmək lazımdır ki, Lenovo Legion smartfonu Snapdragon 865 Plus prosessoru, LPDDR5 standartlı RAM göstəricisi, UFS 3.0 standartlı daxili yaddaş həcmi, 45 vatt gücündə sürətli şarj texnologiyalı iki ədəd batareya, soyutma sistemi, 144 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 64 MP + 16 MP ikili arxa kamera ilə təchiz olunacaq. Lenovo Legion modeli 22 iyul tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər