main-post-cover

    Honor X7b 5G smartfonu təqdim edilib

    Cihazlar+
    04.04.2024
    Sabina Rustamli
         Keçən il Honor şirkəti qlobal bazarda Honor X7b 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət həmin smartfonun 5G versiyasını təqdim edib. Smartfonun 5G versiyası xarici görünüşcə 4G versiyadan heç də fərqlənmir. Beləliklə Honor X7b 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym yastı LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfon stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir.
         Smartfon MediaTek Dimensity 6020 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Honor X7b 5G 108 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 13 vasitəsilə çalışır. Honor X7b 5G-nin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Honor Play 50 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-50-smartfonu-teqdim-edilib-qiymeti
    Honor Band 9 smart qolbağı qlobal bazarda satışa çıxacaq
    honor-band-9-smart-qolbagi-qlobal-bazarda-satisa-cixacaq
    Honor 90 Smart adlı yeni büdcəli smartfon təqdim olunub - QİYMƏTİ
    honor-90-smart-adli-yeni-budceli-smartfon-teqdim-olunub-qiymeti
    Qatlana bilən qapaqlı Honor Magic Flip-in keyfiyyətli render fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-flip-in-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    "Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
    premium-dizayna-malik-uygun-qiymetli-smartfon-honor-x8b-bize-neleri-ved-edir