main-post-cover

    Honor 80 və Honor 80 Pro-nun real fotoları ortaya çıxıb

    Cihazlar+
    21.11.2022
    Farid Pardashunas
        23 noyabr tarixində Honor şirkəti Honor 80 smartfon seriyasını təqdim edəcək. Lakin sözügedən seriyaya daxil olacaq Honor 80 və Honor 80 Pro modellərinin real fotoları artıq ortaya çıxıb. Təqdim edilmiş real fotolarda sözügedən smartfonların arxa panel dizaynlarını görmək olar. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, Honor 80 Pro modeli 3 rəngdə təqdim ediləcək: Qara, qradient çəhrayı və qradient mavi. Eyni gövdə rəngləri məhz adi Honor 80-də də reallaşdırılacaq. Lakin bu iki modeli bir-birindən fərqləndirmək çox asandır. Belə ki, Honor 80 Pro-nun arxa kamera sahəsi 8 rəqəmi formasında olan xüsusi naxış ilə ayrılıb. Adi Honor 80 modelində isə kamera sahəsinin özü 8 rəqəmini xatırladır. Artıq məlumdur ki, Honor 80 Pro modeli Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Honor 80 seriyasına üçüncü model kimi ya Honor 80 Pro+ ya da Honor 80 SE daxil ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər