main-post-cover

    HMD Pulse, Pulse+ və Pulse Pro smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2024
    Brilyant Rasulova
         Nokia smartfonlarının hazırlanması və satışları ilə məşğul olan HMD Global şirkəti öz brendi altında hazırlamış olduğu ilk smartfon seriyasını təqdim edib. Söhbət, HMD Pulse smartfon seriyasından gedir. Bu seriyaya 3 model daxil olub. HMD Pulse, Pulse+Pulse Pro. Seriyanın hər üç smartfonu xarici görünüşcə bir-birinə bənzəyir. Onlar hətta bəzi texniki göstəricilər baxımından da eynidirlər. Beləliklə hər üç smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 1612x720 piksel keyfiyyətli 6.65 düym IPS ekranla təchiz olunub. Hər üç smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası bu smartfonlarda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfonların gövdələri IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər və özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip ilə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirirlər. Hər üç smartfon 12 nanometrlik Unisoc T606 prosessoru vasitəsilə çalışır. Adi HMD Pulse modeli 4 GB RAM-ı və 64 GB daxili yaddaş həcmini, Pulse+ və Pulse Pro modelləri isə 4/6/8 GB RAM-ı və 128 GB daxili yaddaş həcmini əldə ediblər. Kameralara gəldikdə, adi Pulse modeli 13 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı, Pulse+ modeli 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı, Pulse Pro modeli isə 50 MP-lik əsas arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib.
        Hər üç smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Pulse modeli 10 vatt gücündə sürətli şarj texnologiyasını, Pulse+ və Pulse Pro modelləri isə 20 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Sözügedən smartfonlar qutudan Android 14 vasitəsilə çalışırlar. HMD Global bildirib ki, bu smartfonlar 2 il ərzində Android dəstəyinə və 3 il ərzində təhlükəsizlik dəstəyinə sahib olacaqlar. HMD Pulse smartfonları artıq satışa çıxıblar. Adi HMD Pulse modeli 140 avroya, Pulse+ modeli 160 avroya, Pulse Pro modeli isə 180 avroya satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Pulse Pro smartfonunu nə zaman və hansı qiymətə satışa çıxacağı məlum olub
    hmd-pulse-pro-smartfonunu-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-melum-olub
    HMD Pulse Pro smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-pro-smartfonunun-render-fotolari-teqdim-edilib
    HMD Pulse smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-smartfonunun-render-fotolari-teqdim-edilib
    HMD Global-ın öz brendi altındakı ilk smartfonların qiymətləri açıqlanıb
    hmd-global-in-oz-brendi-altindaki-ilk-smartfonlarin-qiymetleri-aciqlanib
    HMD Global-ın öz brendi altında hazırladığı smartfonların bəzi texniki göstəriciləri ortaya çıxıb
    hmd-global-in-oz-brendi-altinda-hazirladigi-smartfonlarin-bezi-texniki-gostericileri-ortaya-cixib