main-post-cover

    Google Pixel 4 və Pixel 4 XL smartfonlarının dəstəklərini rəsmi şəkildə dayandırıb

    Cihazlar+
    08.11.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Google şirkəti özünün Pixel smartfonları üçün noyabr ayı üzrə təhlükəsizlik yenilənməsini təqdim etdi. Lakin Pixel 4Pixel 4 XL smartfonları sözügedən yenilənməni əldə etmədilər. Beləliklə məlum olub ki, Google sözügedən smartfonların dəstəklərini rəsmi şəkildə dayandırıb. Bu smartfonların satışa çıxdıqları vaxtdan Google 3 il ərzində onların dəstəklərini reallaşdırıb. Nəticədə Pixel 4 və Pixel 4 XL smartfonları Android 10, Android 11, Android 12 Android 13-ə kimi yeniləniblər.
        Lakin onlar üçün təhlükəsizlik yenilənməsi mövzusunda ayrılmış 3 illik müddət digər brendlərin smartfonlarına və hətta yeni Pixel modellərinə ayrılan müddətdən daha azdır. Məsələn OnePlus 8 smartfon seriyası da Android 10-dan Android 13-ə kimi yenilənib. Lakin OnePlus 8 üçün 4 il ərzində təhlükəsizlik yenilənmələrinin təqdim edilməsi nəzərdə tutulub. Yeni Pixel 7Pixel 7 Pro smartfonlarına gəldikdə isə onlar dəqiq şəkildə 3 il ərzində Android yenilənmələrini və 5 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcəklər. Bu mövzuda lider Android smartfon istehsalçısı kimi Samsung çıxış edir. Belə ki, Samsung öz smartfonlarını 4 il ərzində Android yenilənmələri və 5 il ərzində təhlükəsizlik yenilənmələri ilə təmin edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər