main-post-cover

    Galaxy S22 Ultra smartfonunda Galaxy Note seriyasının vacib özəlliyi reallaşdırılacaq

    Cihazlar+
    23.09.2021
    Farid Pardashunas
        Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin yaxın gələcəkdə təqdim olunacaq flaqman smartfon modelinin əsas özəlliklərindən biri barəsində məlumat verib. Belə ki, onun sözlərinə əsasən Galaxy S22 Ultra modeli S Pen stilusunu əldə etməklə yanaşı onun smartfon daxilində saxlanması problemini aradan qaldıracaq. Qeyd etmək lazımdır ki, Galaxy S21 Ultra modelinin istifadəçiləri S Pen stilusundan istifadə etmək üçün ayrıca keys almalı olurlar. Belə ki, Galaxy S21 Ultra modelinin daxilində stilusun yerləşdirilməsi üçün xüsusi yer yoxdur.
        İnsayderin sözlərinə əsasən isə Galaxy S22 Ultra modelinin gövdəsində Galaxy Note seriyasında olduğu kimi S Pen üçün xüsusi yer hazırlanacaq. Bu səbəbdən Samsung Galaxy S22 Ultra modelini bir qədər genişləndirməli olacaq. Bundan əlavə olaraq insayder bildirib ki, smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy S22 seriyasının nə zaman təqdim olunacağı bilinmir. Ehtimal var ki, təqdimat tədbiri ya bu ilin sonunda ya da gələn ilin əvvəlində baş tutsun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər