Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ

Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
27.10.2020 PAYLAŞIM

    Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman smartfonu təqdim edib. Sözügedən smartfon flaqman özəlliklər ilə yanaşı həmçinin orta büdcəli smartfon qiymətini də əldə edib. Beləliklə Redmi K30S modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın özü 144 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı yeni Redmi K30S-in ekranı həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.


    Əsas texniki göstəricilərə gəldikdə bu smartfon Snapdragon 865 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 13 MP (ultragenişbucaqlı obyektiv) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Redmi K30S 5G dəstəyini də əldə edib. Smartfon MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 128 GB daxili yaddaşa sahib model 390$-a, 256 GB daxili yaddaşa sahib model isə 415$-a satılacaq. Smartfonun ön sifarişlərinə yaxın günlərdə start verilməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 9 5G, Note 9 Pro 5G və Note 9 4G smartfonları təqdim olunub - QİYMƏTİ..

Dünən Xiaomi-nin Redmi brendi Redmi Note 9 5G, Redmi Note 9 Pro 5G və Redmi Note 9 4G smartfon model..


Samsung Galaxy S21-də Bixby vasitəsilə yeni biometrik autentifikasiya sistemi re..

Ənənəvi PIN koda alternativ olaraq smartfon istehsalçıları öz cihazlarında barmaq izi və üz skanı ki..


iPhone 12-nin istehsalı əslində Apple şirkətinə hansı qiymətə başa gəlir?..

Yaponiyanın Nikkei News saytının verdiyi məlumata əsasən Formalhaut Techno Solutions adlı şirkət yen..


Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edi..

Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirdib.


Huawei şirkətinin gələn ilki P50 flaqman smartfon seriyası Kirin prosessorunu əl..

Huawei şirkətinin P50 flaqman smartfon seriyasının təqdimatına hələ çox zaman var. Lakin internetdə ..


İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tama..

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən..

×