main-post-cover

    Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib

    Cihazlar+
    30.04.2024
    Brilyant Rasulova
         Apple şirkəti bu il iPhone 16 smartfon seriyasını təqdim edəcək. İndi isə insayderlər bu seriyaya daxil olacaq bütün iPhone 16 modellərinin əks olunduqları fotonu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonların maketlərinin arxa hissələri əks olunub. Fotoda dörd iPhone 16 modelini görmək olar. iPhone 16, iPhone 16 Plus, iPhone 16 ProiPhone 16 Pro Max. Sözügedən foto smartfonların ölçülərinə nəzər yetirməyə və onların xarici görünüşlərini müqayisə etməyə imkan verir. Beləliklə fotodan da görmək olar ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin ölçülərində böyümə olacaq.
         Fotoda qeyd edilib ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro modeli 6.1 düym, iPhone 15 Pro Max modeli isə 6.7 düym ekrana sahibdir. iPhone 16 və iPhone 16 Plus modellərinə gəldikdə isə onların ölçüləri keçən ilki iPhone 15 iPhone 15 Plus-ın ölçüləri ilə eyni olacaq. Yəni adi iPhone 16 modeli 6.1 düym ekranla, iPhone 16 Plus modeli isə 6.7 düym ekranla təchiz olunacaq.  Bununla yanaşı fotodan da görmək olar ki, iPhone 16 və iPhone 16 Plus modellərində arxa kameralar şaquli vəziyyətdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyası sentyabr ayında təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, iOS 18 ilə tətbiqləri yeniləyir!
    apple-ios-18-ile-tetbiqleri-yenileyir
    Beats Solo Buds naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-buds-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Beats Solo 4 naqilsiz qulaqlığının fotoları təqdim edilib
    beats-solo-4-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Yeni iPad Pro M3-dən daha güclü prosessoru əldə edə bilər
    yeni-ipad-pro-m3-den-daha-guclu-prosessoru-elde-ede-biler
    iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
    ios-18-de-openai-sirketinin-suni-zeka-ekosisteminde