Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib
Cihazlar+
06.06.2023
Farid Pardashunas
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonu satışa çıxartmağa hazırlaşır. İndi isə sözügedən smartfon online mağazalardan birində ortaya çıxıb. Bununla da smartfonun bəzi texniki göstəriciləri təsdiqlənib. Beləliklə Redmi 12 smartfonu Full HD keyfiyyətli 6.79 düym IPS ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfon MediaTek Helio G88 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi 12-nin təqdimatı yaxın zamanda baş tutmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ