main-post-cover

    Braziliyada şarj cihazına sahib olmayan iPhone-ların satışlarına qadağa qoyulub

    Cihazlar+
    07.09.2022
    Farid Pardashunas
        Vaxtı ikən Apple şirkətinin iPhone qutularından şarj cihazının yığışdırılması qərarı çoxlu səs-küyə səbəb olmuşdu. Lakin daha sonra digər brendlər də bu praktikadan istifadə etməyə başladılar. Bununla belə yaxın müddətdə vəziyyət dəyişə bilər. Hər halda bu, Braziliyada baş verə bilər. Belə ki, Braziliya hökuməti Apple şirkətini cərimələyib və ölkədə qutusunda şarj cihazı olmayan iPhone-ların satışlarını qadağan edib. Reuters saytının verdiyi məlumata əsasən Braziliyanın Ədliyyə Nazirliyi şarj cihazına sahib olmayan iPhone-ların ölkədə satışlarının dayandırılması üzrə Apple şirkətinə əmr verib. Ölkənin yüksək vəzifəli şəxslərinin fikirlərinə əsasən cihazların qutularında lazımi aksesuarın olmaması istehlakçılara qarşı yönəldilmiş diskriminasiya praktikasıdır.
        Bununla yanaşı Braziliya hökuməti Apple şirkətini 2.34 milyon dollar dəyərində cərimələyib. Qeyd etmək lazımdır ki, Braziliya hökumətinin bu məsələ ilə bağlı olan narazılığı iPhone 12, iPhone 13 smartfon seriyalarını və son iPhone SE modellərini əhatə edir. Apple təmsilçiləri bildiriblər ki, şirkət Braziliya hökumətinin qərarına etiraz edəcək. Son iPhone modellərinin qutularından şarj cihazının çıxarılması qərarı verilən zaman Apple bildirmişdi ki, o bunu ekoloji problemlər səbəbilə edir və hal hazırda da şirkət həmin bəyanatın üstündə dayanıb. Son statistikalara əsasən qutularında şarj cihazının olmamasına baxmayaraq iPhone 13 modelləri yaxşı satış nəticələri sərgiləyiblər. Unutmaq lazım deyil ki, Apple bu axşam iPhone 14 seriyasını təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər