main-post-cover

    Apple iPhone 14-ün təqdimat tarixini elan edib

    Cihazlar+
    25.08.2022
    Farid Pardashunas
        Apple şirkəti yeni məhsullarının təqdim edəcəyi tarixi elan edib. Şirkət bu barədə jurnalistlərə dəvətnamə göndərib. Beləliklə Apple şirkətinin növbəti təqdimat tədbiri 7 sentyabr tarixində baş tutacaq. Şirkət tərəfindən təqdim edilmiş tizer fotosu isə təqdim ediləcək yeni iPhone modellərində ola biləcək yeni funksiyalardan birinə işarə edə bilər. Beləliklə təqdim edilmiş tizer fotosunda Apple loqosu dizaynında realladırılmış ulduz qruplaşması əks olunub. Loqonun alt hissəsində isə “Far out” yazısı var. Ola bilər ki, bu, yeni iPhone modellərində astrofoto funksiyasının olacağına işarə edən bir özəllikdir.
        Məlum olan odur ki, 7 sentyabr tarixində şirkət bir neçə yeni məhsul təqdim edəcək. Onların arasında iPhone 14, iPhone 14 Max (və ya iPhone 14 mini), iPhone 14 Pro iPhone 14 Pro Max var. Yeni smartfonlarla yanaşı təqdimat tədbiri çərçivəsində böyük ehtimal ilə Apple Watch 8 smart saat seriyası da təqdim ediləcək. Sözügedən smart saat seriyasına 3 yeni modelin daxil olacağı gözlənilir. Söhbət, Watch 8, Watch 8 SE və Watch 8-in ekstremal idman növləri ilə məşğul olanlar üçün nəzərdə tutulmuş xüsusi versiyasından gedir. Heç istisna deyil ki, Apple tədqimat tədbiri çərçivəsində həmçinin AirPods Pro 2-ni və hansısa iPad modelini təqdim etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər