main-post-cover

    Apple DVD-ROM-lu MacBook Pro-nun dəstəyini rəsmi şəkildə dayandırıb

    Cihazlar+
    02.02.2024
    Farid Pardashunas
         Apple DVD-ROM-a sahib son MacBook noutbukunu 7 il bundan öncə satışa çıxartmışdı. Söhbət, 2012-ci ildə təqdim edilmiş 13 düym ekranlı MacBook Pro-dan gedir. Sözügedən noutbuk 2016-cı ilə qədər satışda idi. İndi isə Apple şirkəti rəsmi şəkildə elan edib ki, onun DVD-ROM-a sahib bu son noutbuku köhnəlmiş cihazlar siyahısına daxil edilib. Bu isə o deməkdir ki, DVD-ROM-lu MacBook Pro-ya sahib istifadəçilər onun zədələndiyi halda Apple şirkətinin rəsmi servis mərkəzlərində onu təmir etdirə bilməyəcəklər. Üstəlik rəsmi servis mərkəzləri sözügedən MacBook Pro üçün şirkətdən ehtiyat hissələrini də artıq sifariş edə bilməyəcəklər. Noutbuk üstəlik proqram təminatı mövzusunda da köhnəlib. Belə ki, onun üçün son macOS versiyası (Big Sur) 2020-ci ildə istifadəyə verilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MacBook-lar üçün Face ID texnologiyası hazırlanır
    macbook-lar-ucun-face-id-texnologiyasi-hazirlanir
    Bütün dünyada aktiv Apple cihazlarının sayı 2 milyardı keçib
    butun-dunyada-aktiv-apple-cihazlarinin-sayi-2-milyardi-kecib
    Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
    apple-ilk-qatlana-bilen-cihazi-uzerinde-artiq-calisir
    Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
    qualcomm-iphone-lar-ucun-5g-modem-movzusunda-apple-ile-muqavilesini-uzadib
    Alıcılar iPhone Pro-lardan daha çox adi iPhone modellərinə üstünlük verməyə başlayıblar
    alicilar-iphone-pro-lardan-daha-cox-adi-iphone-modellerine-ustunluk-vermeye-baslayiblar