main-post-cover

    Apple 20 düym elastiki ekrana sahib MacBook üzərində çalışır

    Cihazlar+
    07.03.2024
    Farid Pardashunas
         İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti elastiki ekrana sahib MacBook üzərində çalışır. İndi isə bu məlumat məşhur analitik Ming-Chi Kuo tərəfindən təsdiqlənib. Analitik bildirib ki, elastiki ekrana sahib MacBook modeli özündə 20.3 düym ölçülü ekranı birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan MacBook-lar arasında ən böyük ekran ölçüsü məhz 16 düym-dür. Analitikin sözlərinə əsasən bu yeni MacBook hələ ilkin hazırlanma mərhələsindədir və şirkət onu 2027-ci ildə təqdim etməyi planlaşdırır. Bununla yanaşı analitik əlavə edib ki, 20.3 düym elastiki ekranlı MacBook noutbuku Apple şirkətinin konkret hazırlanma planına sahib yeganə qatlana bilən cihazıdır. Bu isə o deməkdir ki, yaxın illərdə qatlana bilən iPhone iPad-i gözləmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple dünyanın ən bahalı ikinci şirkəti statusunu da itirə bilər
    apple-dunyanin-en-bahali-ikinci-sirketi-statusunu-da-itire-biler
    M3 prosessorlu yeni MacBook Air noutbuku Geekbench testlərindən keçib
    m3-prosessorlu-yeni-macbook-air-noutbuku-geekbench-testlerinden-kecib
    MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
    mediatek-2023-cu-ilin-dorduncu-rubunde-en-boyuk-mobil-prosessor-istehsalcisina-cevrilib
    Apple M1 prosessorlu MacBook Air-in satışlarını dayandırıb
    apple-m1-prosessorlu-macbook-air-in-satislarini-dayandirib
    Avropa Komissiyası Apple şirkətini 1.8 milyard avro dəyərində cərimələyib
    avropa-komissiyasi-apple-sirketini-18-milyard-avro-deyerinde-cerimeleyib