Reklam
SpaceX şirkəti 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır: Yeni investisiya nəyə sərf olunacaq?

SpaceX şirkəti 1 milyard dollar investisiya cəlb etməyi planlaşdırır: Yeni investisiya nəyə sərf olunacaq?

Maliyyə və investisiya
24.07.2020 PAYLAŞIM

    SpaceX şirkəti 1 milyard dollar investisiyanın cəlb olunması üzrə danışıqlar aparır. İnvestorlar şirkətin bazar dəyərini 44 milyard dollar qiymətləndirirlər. Bu barədə CNBC saytı xəbər verib. Məlumata əsasən şirkət bu investisiyanı Starlink adlı genişzolaqlı internet layihəsinin istifadəyə verilməsi və Starship kosmik gəmisi ilə SuperHeavy adlı ağır raketin orbital və suborbital testlərinin reallaşdırılması üçün sərf edəcək.

    SpaceX-in fikrincə nəticə etibarilə Starlink layihəsinin çıxacağı bazarın dəyəri 1 trilyon dollar təşkil edir. Şirkət bu sahədə gəlirin artıq 2020-ci ildə əldə olunacağını planlaşdırır. Bloomberg saytının mənbələri də qeyd ediblər ki, SpaceX şirkəti investor axtarışındadır. Məlumata əsasən şirkət öz səhmlərini 270$-dan satmağı planlaşdırır. Yeni investisiya raundu 2 aydan tez bağlanmayacaq və investisiya şərtlərində hələ də dəyişikliklər ola bilər.


    Morgan Stanley şirkətinin məumatına əsasən SpaceX şirkəti indiyənə kimi ümumilikdə 3.5 milyard dollar investisiya əldə edib. Hələ aprel ayında Elon Musk qeyd etmişdi ki, o, Starlink peykləri vasitəsilə internet şəbəkəsinin testini bu ilin oktyabr ayı üçün planlaşdırır. İlkin mərhələdə normal internet qoşulmasının reallaşdırılması üçün Yer kürəsinin orbitində 720 ədəd peyk yerləşdirilməlidir. Bu ayın ortasında olan göstəriciyə əsasən Yer kürəsinin orbitində artıq 500 ədəd Starlink peyki mövcuddur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib..

Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib..


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.

×