ABŞ hökuməti süni zəka və kvant texnologiyalarının yaradılması üçün xərcləri yüksəldəcək

ABŞ hökuməti süni zəka və kvant texnologiyalarının yaradılması üçün xərcləri yüksəldəcək

Maliyyə və investisiya
19.08.2020 PAYLAŞIM

    Donald Trump administrasiyası 2021-ci maliyyə ilinin büdcəsində süni zəka kvant texnologiyaları sahələrinin xərclərini 30% yüksəltmyi planlaşdırır. Ümumilikdə bu iki sahəyə bu il 1.7 milyard dollar əvəzinə 2.2 milyard dollar vəsait ayrılması düşünülür. Bu vəsaitin 1.5 milyard dolları süni zəka texnologiyalarının, 669 milyon dolları isə kvant texnologiyalarının hazırlanmasına yönləndiriləcək.

    Bu barədə Engadget saytı xəbər verib. Süni zəka sahəsinin maliyyələşdirilməsi machine learning texnologiyalarının tibbdə və səhiyyə sahəsinin inkişafında istifadəsi, kvant texnologiyalarının maliyyələşdirilməsi isə yeni növ hesablama sistemlərinin, kriptoqrafiyanın, yüksək sürətlə məlumatların ötürülməsi üsullarının yaradılması deməkdir.


“Süni zəka və kvant məlumatları özlərində kriptoqrafiyanı, əlaqəni və kvant hesablamalarını birləşdirən 2 tədqiqat sahəsidir. Bu iki sahə iqtisadi yüksəliş ilə milli təhlükəsizliyin təmin olunması üçün kritik vacib sahədir” - deyə ABŞ administrasiyasının texnologiyalar üzrə direktoru Michael Kratsios bildirib.

    Dövlət tərəfindən ayrılmış vəsaitləri ABŞ-ın milli elmi fondu, kənd təsərrüfatı nazirliyi və digər təşkilatlar tərəfindən yaradılmış tədqiqat institutları əldə edəcəklər. Bundan əlavə olaraq ayrıca 25 milyon dollar energetika nazirliyinin layihəsinə xərclənəcək. Həmin layihə çərçivəsində kvant internetinin ilkin versiyası hazırlanacaq.

    Michael Kratsios-un milli təhlükəsizlik və süni zəka sahəsində liderlik bəyanatlarına gəldikdə isə o, Çinin həm kvant texnologiyaları həm də süni zəka texnologiyalarında ABŞ-dan daha da irəlidə olduğuna işarə edir. Məsələ burasındadır ki, Çində bu istiqamətlərə təkcə dövlət dəstəyi yox həmçinin Çində olan böyük şirkətlər tərəfindən maliyyələşdirmələr də yönləndirilir. 



DAHA ÇOX


iPhone SE seriyasının növbəti smartfonu təxirə salınmış və ya ümumiyyətlə ləğv e..

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında bildirib ki, Apple şirkəti iPhone SE smartfon seriy..


SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib..

Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib..


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.

×