main-post-cover

    Son zamanlarda saxta Google servisləri vasitəsilə reallaşdırılan kiberhücumların sayı artıb

    Təhlükəsizlik
    10.02.2023
    Farid Pardashunas
        Kibertəhlükəsizlik üzrə mütəxəssislərin verdikləri məlumata əsasən istifadəçilərin məlumatlarını və pul vəsaitlərini oğurlamaq üçün fişinq (phishing) üsulundan istifadə edən hackerlərin aktivlikləri keçən ay yüksəlib. Məlumatda qeyd edilib ki, Google servislərini imitasiya edən saxta səhifələrə olan keçidlərin sayı 3 dəfə yüksəlib. Kibartəhlükəsizlik üzrə mütəxəssislər Google servislərini imitasiya edən saxta səhifələrin nəyə görə belə məşhurlaşdıqlarını açıqlayıblar. Onların sözlərinə əsasən Google istifadəçi hesabının hackerlər üçün dəyəri ondan ibarətdir ki, o, kart məlumatlarını özündə birləşdirən Google Play də daxil olmaqla bir neçə servisə girişi təmin edir.
        Hackerlərin çoxunu isə məhz Youtube videoservisi maraqlandırır. Əgər oğurlanmış istifadəçi hesabı məşhurdursa, hackerlər onun Youtube kanalını xüsusi olaraq tərtib edirlər və kanalda müəyyən videonu canlı yayım formatında işə salırlar. Bu üsul ilə hackerlər istifadəçilərdən pul vəsaitlərinin ödənilməsini reallaşdıra bilirlər. İstifadəçilər tez-tez öz hesablarına kiberhücumlarla messencerlərdə və sosial şəbəkələrdə qarşılaşırlar. Hackerlər həmçinin bloggerlərin diqqət çəkəcək səviyyədə abunəçi sayına sahib kanallarından da istifadə edirlər. Bu üsul ilə onlar daha çox qurbandan istifadə edə bilərlər. Mütəxəssislər Elon Musk adından kriptovalyuta mövzusunda işə salınmış canlı yayımı misal gətiriblər.
        Bu cür canlı yayımın əsas məqsədi istifadəçinin güvənini qazanmaq və onu canlı yayımdakı QR kod vasitəsilə xüsusi səhifəyə keçidi reallaşdırmağa məcbur etməkdir. Bu cür QR kod vasitəsilə istifadəçi adətən fişinq resursa yönləndirilir və həmin resursda guya kriptovalyuta yarışması keçirilir. Kriptovalyuta uduşunun əldə edilməsi üçün hackerlər istifadəçidən müəyyən komissiyanın ödənilməsini tələb edirlər. Sözdə həmin komissiya kriptovalyuta uduşunun istifadəçi hesabına köçürülməsi üçün nəzərdə tutulmuş komissiyadır. Lazımi məbləği əldə edəndən sonra isə hackerlər sadəcə olaraq istifadəçi ilə əlaqəni dayandırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər