Samsung Galaxy smartfonlarının istifadəçilərini yeni növ kiberhücumdan qoruyacaq
Təhlükəsizlik
17.02.2023
Farid Pardashunas
Samsung öz smartfonlarında yeni OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə başlayıb. Bu istifadəçi interfeysi isə özündə bəzi yenilikləri birləşdirir. Onlardan biri də Message Guard adlı servisdir. Sözügedən servis istifadəçiləri kiberhücumlardan qorumaq üçün nəzərdə tutulub. Söhbət, yeni növ kiberhücumların birindən gedir. Belə ki, hackerlər əksər hallarda istifadəçilərə tərkibində zərərli kodu birləşdirən fotolar göndərirlər. Qeyd etmək lazımdır ki, artıq mövcud olan Samsung Knox sistemi istifadəçiləri bu cür audio və video fayllardan qoruyur.
Message Guard adlı yeni servis isə cihaza daxil olan fotoları izolyasiya edərək onların tərkiblərində olan zərərli kodun smartfondakı digər fayllara və ya əməliyyat sisteminin özünə keçidinin qarşısını alır. Bu servis potensial təhlükəyə sahib olan faylı idarə olunan mühitdə yoxlayır. Bu üsul ilə servis yoxlanılan faylın smartfondakı digər fayllara zərər yetirib-yetirməyəcəyinə əmin olmaq istəyir. Bütün bu proseslər fon rejimində gedirlər və istifadəçidən hər hansısa əməliyyatı yerinə yetirməyi tələb etmirlər. Hal hazırda Message Guard servisi yalnız Galaxy S23 smartfonlarında çalışır. Lakin il ərzində servis Samsung-un digər smartfonlarında və planşetlərində aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!