main-post-cover

    Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş

    Təhlükəsizlik
    03.04.2024
    Farid Pardashunas
         Facebook istifadəçilərin konfidensiallıqlarının pozulması ilə bağlı yeni qalmaqalın mərkəzinə düşüb. Belə ki, məlum olub ki, Meta şirkəti 2011-ci ildən (həmin illərdə şirkətin adı Facebook idi) Netflix-ə Facebook istifadəçilərinin özəl mesajlarını oxumaq imkanını təqdim edib. Səbəb isə Netflix-in istifadəçilər üçün daha uyğun kontentləri məsləhət görə bilməsi idi. Keçən ilin aprel ayında Meta şirkəti ABŞ-ın iki vətəndaşı tərəfindən məhkəməyə verildi. Şirkəti məhkəməyə vermiş şəxslər Maximillian Klein Sarah Grabert-dir. Onlar tərəfindən Meta şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, Facebook ilə Netflix arasında xüsusi razılaşma var və həmin razılaşmaya əsasən sosial şəbəkə Netflix-ə Inbox API üzərindən istifadəçilərin özəl məlumatlarını əldə etmək imkanını verib.
         Netflix isə öz növbəsində istifadəçilərə kontentlərlə bağlı sərgilənmiş məsləhətlər və istifadəçilərin Netflix interfeysi ilə qarşılıqlı əlaqələri mövzularında hər 2 həftədən bir Facebook-a hesabat təqdim etməli idi. Bu hesabatlar Facebook-a hədəflənmiş reklamlarda yardımçı olmalı idi. Məlumata əsasən tərəflər arasında bu razılaşmada əsas rolu həmçinin Netflix-in həmtəsisçisi Reed Hastings ilə Meta-nın təsisçisi Mark Zuckerberg arasındakı dostluq əlaqələri oynayıb. Bununla yanaşı Netflix şirkəti Meta-nın platformalarında reklamlara külli miqdarda vəsait sərf edib. Məsələn şirkət 2019-cu ildə Facebook reklamlarına 200 milyon dollar vəsait xərcləyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Birinci nəsil Oculus Quest-in dəstəyi yaxın zamanda dayandırılacaq
    birinci-nesil-oculus-quest-in-desteyi-yaxin-zamanda-dayandirilacaq
    Mark Zuckerberg Quest 3-ü Apple Vision Pro-dan üstün edən 7 özəlliyi sadalayıb
    mark-zuckerberg-quest-3-u-apple-vision-pro-dan-ustun-eden-7-ozelliyi-sadalayib
    Meta servisləri kənar süni zəka alətləri ilə tərtib edilmiş fotoları xüsusi işarə ilə markerləyəcəklər
    meta-servisleri-kenar-suni-zeka-aletleri-ile-tertib-edilmis-fotolari-xususi-isare-ile-markerleyecekler
    Proqram təminatı kodlarının tərtibatı üçün olan Code Llama böyük dil modeli təkmilləşdirilib
    proqram-teminati-kodlarinin-tertibati-ucun-olan-code-llama-boyuk-dil-modeli-tekmillesdirilib
    Netflix, Apple Vision Pro üçün tətbiq hazırlamamağının səbəbini açıqlayıb!
    netflix-apple-vision-pro-ucun-proqram-hazirlamamaginin-sebebini-aciqlayib