Mac kompüterlərinin bütün versiyalarını əhatə edən yeni virus aşkar edilib

Mac kompüterlərinin bütün versiyalarını əhatə edən yeni virus aşkar edilib

Kibertəhlükəsizlik
23.02.2021 PAYLAŞIM

    Çox zaman macOS əməliyyat sistemi Windows-un ən təhlükəsiz alternativi hesab edilir. Lakin hackerlər tamamilə başqa cür düşünürlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Red Canary şirkətinin təqdim etmiş olduğu yeni hesabata əsasən aşkar edilmiş yeni virus artıq bütün dünya üzrə 30.000-dən çox Mac kompüterinə yoluxub. Yeni virus həm yeni M1 prosessoruna həm də Intel prosessorlarına sahib Mac kompüterlərini əhatə edir. Silver Sparrow adını əldə etmiş yeni zərərli proqram təminatı ikili fayl şəklindədir və macOS-də əməliyyatların yerinə yetirilməsi üçün Java proqramlaşdırma dilindən istifadə edir.


    Virus iki versiyaya sahibdir. Onlardan biri M1 prosessorlu Mac kompüterlərinə, digəri isə Intel prosessorlu Mac kompüterlərinə yönəlib. Maraqlısı ondadır ki, sözügedən virus bir vacib funksiyaya sahib deyil. Söhbət, zərərli yüklənmədən gedir. Bu isə virusun yalnız hansısa məlum olmayan şərtin yerinə yetirilməsi zamanı işə düşdüyünə işarə ola bilər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, Red Sparrow özünü məhv etmə funksiyasına sahibdir. Bu adətən yüksək səviyyəli gizliliyə sahib əməliyyatların yerinə yetirilməsi üçün lazım olur.

    Sözügedən virusun aktivliyi hələ müşahidə edilməyib. Heç istisna deyil ki, o, digər bir kodun yüklənməsi və işə salınması üçün nəzərdə tutulmuş bir platformadır. Bu yeni virus 153 ölkədə aşkar edilib. Bununla belə Red Sparrow ilə yoluxmuş kompüterlərin böyük hissəsi ABŞ-da, Böyük Britaniyada, Kanadada, Fransada və Almaniyada qeydə alınıb. Mütəxəssislər qeyd ediblər ki, Apple şirkəti öz istifadəçilərini bu təhlükədən qorumaq üçün artıq lazımi tədbirləri görür. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kompüterin hackerlərdən qorunması üçün Chrome brauzerinə yeni təhlükəsizlik funk..

Google şirkəti Chrome brauzerində istifadəçi məlumatlarının təhlükəsizliklərini hardware enforced st..


Google Play-də ümumi 700.000 yüklənmə sayına sahib yeni zərərli tətbiqlər aşkar ..

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android üçün nəzərdə tutulmuş Google Play Store platformasında..


Hackerlər oğurlanmış Apple sənədlərinə görə şirkətdən pul tələb etməkdən imtina ..

Bir neçə müddət bundan öncə hackerlərdən ibarət qruplaşma Apple şirkəti ilə əməkdaşlıq edən Quanta C..


Hackerlər Apple AirDrop-da olan sistem boşluğu sayəsində özəl məlumatları əldə e..

Hackerlər AirDrop-a qoşularaq istifadəçinin telefon nömrəsini və elektron poçt ünvanını əldə edə bil..


Mütəxəssislər reklam baxışlarını imitasiya etmiş dələduz Android tətbiqlərini aş..

Dələduzlar milyona yaxın Android cihaza xüsusi proqram təminatı quraşdırıblar və həmin proqram təmin..

×