main-post-cover

    İranlı hackerlər məlumatların oğurlanması üçün Gmail, Microsoft Outlook və Yahoo! hesablarını hack edirlər

    Təhlükəsizlik
    26.08.2022
    Farid Pardashunas
        Google şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Hyperscrape adlı zərərli proqram təminatını aşkar ediblər. Sözügedən zərərli proqram təminatı Gmail, Microsoft Outlook Yahoo! elektron poçt qutularındakı hack edilmiş hesablardan məlumatların oğurlanmasında istifadə edilir. Verilmiş məlumata əsasən sözügedən proqram təminatından İranın Charming Kitten adlı hacker qruplaşması yararlanır. Güman olunur ki, Charming Kitten hacker qruplaşması İranın xüsusi xidmətləri və o cümlədən hərbi kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir. Google şirkətinin Threat Analysis Group şöbəsinin təmsilçisi Ajax Bash-ın sözlərinə əsasən Hyperscrape adlı zərərli proqram təminatı hackerlər tərəfindən minimum 20 dəfə istifadə edilib.
        Sözügedən proqram təminatı barəsində ilk məlumatların hələ 2020-ci ildə ortaya çıxmasına baxmayaraq onun üzərində işlər hələ də davam edir. Bu zərərli proqram təminatı vasitəsilə məlumatları oğurlamaq üçün ilk əvvəl qurbanın elektron poçt ünvanı hack edilməlidir. Hyperscrape avtomatik olaraq elektron poçt qutusunun interfeys dilini ingilis dilinə dəyişir və daha sonra qurbanın elektron poçt qutusunda olan bütün məlumatları .eml formatında ayrı-ayrı fayllar şəklində oğurlayır. Bu proses sona çatandan sonra elektron poçt qutusunda olan bütün məktublar oxunmamış kimi qeyd edilir və interfeys dili əvvəlki dilə geri qaytarılır.
        Məlumatda qeyd edilib ki, Hyperscrape-in əvvəlki versiyalarında Google Takeout-a müraciət funksiyası mövcud idi. Onun vasitəsilə zərərli proqram təminatı bu və ya digər şəxsin hack edilmiş Google hesabındakı məlumatları arxiv şəklində oğurlaya bilirdi. Hackerlərin Hyperscrape-dən istifadə zamanı elektron poçt qutularını necə hack etdikləri məlum deyil. Mövcud məlumata əsasən Google elektron poçt hesablarının hack edildiyi istifadəçilərə bu barədə artıq məlumat göndərib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər