Reklam
Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus tətbiqini quraşdırırlar

Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus tətbiqini quraşdırırlar

Kibertəhlükəsizlik
23.07.2021 PAYLAŞIM

    Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus adlı casus tətbiqini quraşdırırlar. Adi istifadəçinin sözügedən tətbiqi aşkar edib silməsi demək olar qeyri-mümkündür. İnsanların bu yeni üsul ilə izlənməsi barədə məlumat bir neçə müddət bundan öncə ortaya çıxıb. Belə ki, məlum olub ki, İsrailin NSO Group şirkətinin Pegasus adlı tətbiqindən istifadə edərək hackerlər dövlət rəhbərlərini izləyirlər. Bu məsələ barəsində araşdırma aparmış şəxslər 50.000 telefon nömrəsindən ibarət məlumatlar bazasını əldə ediblər. Daha sonrakı araşdırmalar sayəsində həmin telefon nömrələrinin bir çox sahibinin adlarını təyin etmək mümkün olub.

    Məlumatda qeyd edilib ki, siyahıda həmçinin Fransa prezidenti Emmanuel Macron da var. Məlumatda qeyd edilib ki, ümumilikdə izlənən şəxslər arasında 30 ölkədən 600-ə yaxın məmur ola bilər. Pegasus tətbiqi vasitəsilə hackerlər smartfonun kamerası və mikrofonu üzərində idarəetməni əldə edə, mesajları, elektron poçtdakı məktubları oxuya və smartfonun yerləşdiyi yeri təyin edə bilirlər. Sözügedən tətbiq istifadəçinin xəbəri olmadan smartfona quraşdırılır. Hackerlər bunu Whatsapp zəngləri vasitəsilə reallaşdırırlar. İstifadəçi daxil olan zəngə cavab verməsə də sözügedən casus tətbiqi smartfona quraşdırılır.


    Məlumatda həmçinin qeyd edilib ki, bu tətbiq adi mesaj və elektron poçt ünvanı vasitəsilə də smartfona inteqrasiya edilə bilər. Adi istifadəçinin Pegasus-u aşkar etməsi çox qəliz məsələdir. Xüsusi biliklər və bacarıqlar olmadan tətbiqi aşkar edib silmək qeyri-mümkündür. Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, Whatsapp rəsmi şəkildə NSO Group şirkətini məhkəməyə verib. Belə ki, istifadəçilər öz smartfonlarının zərərli tətbiq vasitəsilə yoluxmalarından şikəyətlənirdilər. Nəticədə Whatsapp bu prosesi yerinə yetirməyə imkan verən sistem boşluğunu aradan qaldırdı. NSO Group isə öz növbəsində qeyd edib ki, o sadəcə olaraq proqram təminatının hazırlanması ilə məşğuldur və smartfonların casus tətbiq ilə yoluxması məsələsində iştirak etməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-da Android üçün zərərli reklam tətbiqlərinin reklam kampaniyaları aşkar..

McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş z..


Standart kalkulyator tətbiqi vasitəsilə Windows 7-nin hack edilmə üsulu aşkar ed..

Windows 7-nin rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq sözügedən əməliyyat sistemi hələ də çox m..


5 milyondan çox Twitter istifadəçisinin konfidensial məlumatı hacker forumunda s..

Breached Forums adlı məşhur hacker forumunda 5.4 milyon Twitter istifadəçisinin elektron poçt ünvanl..


CloudMensis adlı virus macOS vasitəsilə çalışan kompüterlərdən konfidensial məlu..

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən ESET şirkətinin mütəxəssisləri CloudMensis a..


İnternetdə Whatsapp-ın Android üçün çoxlu sayda saxta versiyası yayılıb..

Whatsapp-ın rəhbəri Will Cathcart öz Twitter hesabında Android istifadəçilərini saxta Whatsapp versi..


Meta şirkəti silinmiş istifadəçi məlumatlarının əldə edilməsində günahlandırılır..

Facebook-un sosial şəbəkə daxilindəki problemli kontentlərin monitorinqi ilə məşğul olmuş keçmiş əmə..

×