Hackerlər BitMart adlı kriptovalyuta birjasını hack edərək 150 milyon dollar vəsait oğurlayıblar

Hackerlər BitMart adlı kriptovalyuta birjasını hack edərək 150 milyon dollar vəsait oğurlayıblar

Kibertəhlükəsizlik
07.12.2021 PAYLAŞIM

    BitMart adlı kriptovalyuta birjasını hack etmiş hackerlər ümumi dəyəri 150 milyon dollar olan müxtəlif kriptovalyutalar oğurlayıblar. Baş vermiş kiberhücum barəsində xəbəri PeckShield adlı şirkət verib. Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, 4 dekabr tarixində hackerlər Ethereum şəbəkəsindən təqribi olaraq 100 milyon dollar vəsait əldə edə biliblər. Daha sonra əlavə olaraq Binance Smart Chain sistemindən 96 milyon dollar vəsaitin çıxarıldığı məlum olub. PeckShield şirkətinin hesablamalarına əsasən birja ümumilikdə 196 milyon dollar vəsait itirib. Ümumilikdə 30-a yaxın müxtəlif kriptovalyuta oğurlanıb. Onların arasında Binance Coin, Baby Doge Inu, Floki Inu Moonshot kimi kriptovalyutalar olub.

    Oğurlanmış vəsaitlər Ethereum-a konvertasiya edilib və 1 inch adlı valyuta məzənnəsi vasitəsilə çıxarılıb. BitMart birjasının təmsilçiləri baş vermiş kiberhücumu ilk əvvəl təsdiqləməyiblər. Müəyyən müddət ərzində birjanın Telegram kanalındakı moderatorlar kiberhücum barəsində xəbərlərin saxta olduqlarını bildirirdilər. Lakin daha sonra birja baş vermiş kiberhücumu təsdiqləyib. Lakin birjanın verdiyi məlumata əsasən oğurlanmış vəsaitin miqdarı 150 milyon dollar təşkil edib. Birja bildirib ki, o, investorların oğurlanmış vəsaitlərini öz hesabına qaytaracaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Telegram-ı maliyyə məlumatlarının satışları üçün istifadə edirlər..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Cybersixgill adlı şirkətin mütəxəssisləri tərəfindən..


Safari brauzerindəki boşluq istifadəçi məlumatlarının sızdırılmasına səbəb ola b..

Apple şirkətinin Safari brauzerində aşkar edilmiş boşluq brauzer tarixçəsi ilə Google istifadəçi hes..


19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə ed..

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-n..


Yeni iOS virus sistem prosesi kimi maskalanaraq istifadəçi məlumatlarını oğurlay..

ZecOps şirkətinin mütəxəssisləri iPhone-larda yeni sistem boşluğunu aşkar edibkər.


Hackerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerl..


Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib..

Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkild..

×