FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayıb

FBI saxta messencer vasitəsilə bütün dünya üzrə 800-ə yaxın cinayətkarı yaxalayıb

Kibertəhlükəsizlik
10.06.2021 PAYLAŞIM

    Aparılmış Trojan Shield adlı beynəlxalq əməliyyat çərçivəsində bütün dünya üzrə minlərlə polisin iştirakı ilə reydlər keçirilib. Reydlər zamanı qadağan olunmuş maddələrin ticarətini aparmış 800 nəfər şəxs saxlanılıb. Aparılmış ən irimiqyaslı polis reydlərindən biri FBI tərəfindən yaradılmış messencer sayəsində mümkün olub. Belə ki, cinayətkarlar həmin messencerdən istifadə edərək özlərini ələ veriblər. FBI tərəfindən rəhbərlik edilmiş bu beynəlxalq əməliyyatda həmçinin ABŞ-ın Narkotiklər ilə Mübarizə İdarəsi, Avropa Polis Təşkilatı və onlarla ölkənin hüquq-mühafizə orqanları iştirak ediblər.

    48 saat ərzində 9000-ə yaxın polis işçisi bütün dünya üzrə 16 ölkədə reydlər aparıb. Aparılmış reydlər çərçivəsində onlar 700-dən çox məkanda axtarış reallaşdırıblar. Nəticədə 32 ton narkotik maddə, 250 ədəd odlu silah və müxtəlif valyutalarda saxlanmış 48 milyon dollar aşkar edilib. Bundan əlavə olaraq 50-yə yaxın narkotik laboratoriya məhv edilib. Onlardan biri isə Almaniya tarixinin ən böyük narkotik laboratoriyası olub. Dünyanı əhatə etmiş bu cür irimiqyaslı əməliyyatın keçirilməsində vacib rolu isə ANOM adlı messencer oynayıb.


    Rəsmi məlumata əsasən FBI dünyanın 100 ölkəsində ümumilikdə 300-ə yaxın cinayət sindikatına təqribi olaraq 12.000 ədəd smartfon yaya bilib və həmin smartfonların hamısında ANOM messenceri olub. Sözügedən smartfonların cinayətkarlar arasında yayılmasına 2 il vaxt sərf olunub. Cinayətkarlar əmin idilər ki, messencer həqiqətən də onları istənilən izlənmədən qoruyur. Onlar hətta öz ətraflarında da bu smartfonları yaymağa başlamışdılar. Lakin FBI agentləri həmin smartfonlar vasitəsilə göndərilmiş hər bir mesajı diqqətlə izləyirdilər. Məlumatda qeyd edilib ki, cinayətkarlar hətta yazışmalarında şifrəli sözlərdən də istifadə etməyiblər. Onlar yerinə yetirdikləri cinayətləri açıq aydın yazırdılar. Onlar öz təhlükəsizliklərindən əmin idilər. Nəticədə isə bu əminlik onlara baha başa gəlib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple dələduzluq məqsədli tətbiqlər sayəsində milyonlar qazanır

Apple şirkətinin iOS əməliyyat sisteminin təhlükəsizliyi və App Store platformasındakı yüksək səviyy..


Milyonlarla istifadəçinin məlumatları bilinməyən zərərli proqram təminatı tərəfi..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən tədqiqatçılar login və şifrələrdən, cookies fayllard..


Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)..

Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şir..


Google Chrome brauzeri yeni təhlükəsizlik funksiyaları əldə edib

Google Chrome brauzerinin yeni versiyası potensial təhlükə mənbəyinə sahib fayllardan və hətta geniş..


Google Play servisləri istifadəçiləri izləməyi dayandıracaqlar

Google şirkəti kontekst reklam elanlarının göstərilməsi üçün istifadə olunan istifadəçi identifikato..


Android əməliyyat sistemində yeni bank troyanları aşkar edilib

Rumıniyanın Bitdefender adlı (eyniadlı antivirusun yaradıcısı) şirkəti Android istifadəçiləri üçün o..

×