FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir

FBI real zaman ərzində Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir

Kibertəhlükəsizlik
30.11.2021 PAYLAŞIM

    Facebook Apple şirkətləri öz messencerlərinin yüksək təhlükəsizlik səviyyəsinə sahib olduqlarını dəfələrlə qeyd etsələr də kütləvi informasiya vasitələri ABŞ-ın xüsusi xidmət orqanlarının real zaman ərzində messencerlərdəki yazışmaları əldə edə bildiklərinə dair sübutlar aşkar ediblər. Rolling Stone adlı sayt bu məsələ ilə bağlı FBI-ya məxsus olan sənədi əldə edib. Məlumata əsasən sənəd tamamilə qanuni şəkildə əldə edilib. Belə ki, ABŞ-ın Property of the People adlı qeyri kommersiya təşkilatı həmin sənədi informasiya azadlığı qanunu əsasında əldə edib və kütləvi informasiya vasitələri ilə bölüşüb. Əldə edilmiş məlumata əsasən FBI Facebook-un Whatsapp, Apple şirkətinin isə iMessage messencerindən olan məlumatları rahatlıqla əldə edə bilir. “Lawfull access” adlı sənəddə dünyanın ən məşhur messencerlərindən məlumatların qanuni üsulla əldə olunma yolları barəsində məlumatlar əks olunub. Bu sənədin yaradılma tarixi kimi 7 yanvar 2021-ci il qeyd edilib.

Sənəd daxilində ABŞ-ın xüsusi xidmət orqanlarının qanuni əsaslar üzərindən dünyanın 9 ən məşhur messencerindən hansı məlumatları əldə edə biləcəkləri üzrə təlimatlar əks olunub.

    Sözügedən sənədi yaxından analiz etmiş mütəxəssislərin fiirlərinə əsasən hüquq-mühafizə orqanları tərəfindən olan bu cür detallı məlumatları analiz etmək imkanı çox nadir hallarda baş verir. Hal hazırda Whatsapp dünyanın ən məşhur messenceridir və onun 2 milyarddan çox aktiv istifadəçi kütləsi var. Meta şirkətinin CEO-su Mark Zuckerberg dəfələrlə messencerlərdəki yazışmaların konfidensial təhlükəsizliklərinin vacibliyini qeyd edib. Lakin FBI nöqteyi nəzərdən sözügedən messencer istifadəçi məlumatlarının əldə olunması üçün nəzərdə tutulmuş vacib mənbə kimi qiymətləndirilir. Məlumata əsasən Whatsapp digər messencerlərdən fərqli olaraq daha çox istifadəçi məlumatını təqdim edə bilir. Xüsusi qərarın olduğu halda FBI Whatsapp-dan istifadəçinin kontaktlar siyahısındakı məlumatları əldə edə bilər. Bundan əlavə olaraq əgər istifadəçi digərlərinin kontaktlar siyahısında mövcuddursa FBI həmin şəxslər barəsində də məlumatları əldə edə bilər. Whatsapp-ın unikallığı onun istifadəçi məlumatlarını necə tez zamanda xüsusi xidmət orqanlarına təqdim etməsindədir.


Belə ki, həmin orqanlar hər 15 dəqiqədən bir müəyyən mənbə barəsindəki məlumatları və hər bir mesajın təyinat nöqtəsini əldə edirlər.

    FBI sənədində qeyd edilib ki, digər messencerlərdə bu cür məlumatlar bir qədər uzun zaman intervalı ərzində təqdim olunurlar. Whatsapp təmsilçiləri dövlət orqanları tərəfindən ola biləcək sorğuya tez zamanda reaksiyanın mövcudluğunu təsdiq ediblər. Lakin onlar qeyd ediblər ki, sözügedən sənəddə vacib kontekst buraxılıb. Belə ki, mesajların tərkib hissələri ötürülmür və onlar end-to-end şifrələnməsi ilə qorunurlar. Mesajların tərkib hissələri barəsində məlumatların ötürülməməsinə baxmayaraq təqdim olunan digər metaməlumatlar hansı istifadəçilərin bir-biriləri ilə ünsiyyətdə olduqlarını, bunu nə zaman etdiklərini və istifadəçilərin kontaktlar siyahısında kimlərin olduqlarını təyin etməyə imkan verirlər. Bununla belə elə hallar olub ki, yazışmalar barəsindəki məlumatlar əsasında hüquq-mühafizə orqanları jurnalistlərin informasiya mənbələrini təyin edə biliblər. Mütəxəssislərin sözlərinə əsasən FBI sənədində bəzi məlumatlar ümumiyyətlə yoxdur.

Məsələn sənəddə dövlət orqanlarnın istifadəçinin fiziki cihazını əldə etdikləri zaman nə baş verdiyi qeyd edilməyib. Mütəxəssislərin fikirlərinə əsasən bu halda heç bir şifrələnmə üsulu yardım olmayacaq.

    Apple şirkətinin iMessage messencerindən bütün dünyada 1.3 milyard insan istifadə edir. FBI sənədinə əsasən məhkəmə əmrinin və ya axtarış icazəsinin olduğu halda istifadəçi barəsində baza məlumatlarından əlavə olaraq istifadəçinin iMessage-də nə axtarması və ya iMessage-də istifadəçinin kimlər tərəfindən axtarılması barəsində son 25 günün məlumatlarını əldə etmək mümkündür. Məlumata əsasən göndərilən mesajların tərkib hissələri barəsində məlumatlar təqdim edilmir. Bununla belə FBI Whatsapp-dan fərqli olaraq iMessage-də daha çox məlumata sahib ola bilər. Məsələn əgər istifadəçi hansısa kontentin ehtiyat kopyasını messencerdən iCloud-a köçürübsə, FBI xüsusi sorğu əsasında həmin ehtiyat kopyanı əldə edə bilər. Bu halda hətta mesajın tərkib hissəsi də təqdim ediləcək.

    Apple şirkəti iCloud-un şifrələnməyə sahib olduğunu dəfələrlə qeyd etsə də o, xüsusi açarlara sahibdir. Buna görə də lazım olduğu halda polislərdən tutmuş federal agentliklərə kimi hamı bütöv məlumatı əldə edə bilər. Məlumata əsasən Apple şirkəti iCloud-dakı məlumatların end-to-end şifrələnmələri imkanını nəzərdən keçirdirdi. Lakin ABŞ dövlətinin təzyiqi səbəbilə şirkət bu ideyadan imtina etməli oldu. Sənədə əsasən yalnız bəzi messencerlər xüsusi dövlət orqanlarından müəyyən səviyyədə yayınırlar. Məsələn Signal adlı messencer istifadəçinin yalnız tətbiqi nə zaman quraşdırdığı və sonuncu dəfə nə zaman ünsiyyətdə olduğu barəsində məlumatları ötürür. Wickr tətbiqi isə istifadəçinin cihazının modeli, istifadəçi hesabının yaradılma tarixi və istifadəçi barəsində baza məlumatları ötürə bilər. Bununla belə ötürülən məlumatlarda detallı metaməlumatlar mövcud omur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Telegram-ı maliyyə məlumatlarının satışları üçün istifadə edirlər..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Cybersixgill adlı şirkətin mütəxəssisləri tərəfindən..


Safari brauzerindəki boşluq istifadəçi məlumatlarının sızdırılmasına səbəb ola b..

Apple şirkətinin Safari brauzerində aşkar edilmiş boşluq brauzer tarixçəsi ilə Google istifadəçi hes..


19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə ed..

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-n..


Yeni iOS virus sistem prosesi kimi maskalanaraq istifadəçi məlumatlarını oğurlay..

ZecOps şirkətinin mütəxəssisləri iPhone-larda yeni sistem boşluğunu aşkar edibkər.


Hackerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerl..


Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib..

Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkild..

×