Çoxlu abunəçi sayına sahib Youtube kanalları Darknet-də hansı qiymətə satılırlar?

Çoxlu abunəçi sayına sahib Youtube kanalları Darknet-də hansı qiymətə satılırlar?

Kibertəhlükəsizlik
05.06.2020 PAYLAŞIM

    Çox zaman hackerlərin qurbanları qismində adi istifadəçilər ilə yanaşı həmçinin gəlir əldə edən məşhur istifadəçilər də olurlar. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər 10.000-lərlə və hətta 100.000-lərlə abunəçiyə sahib Youtube istifadəçi hesablarının hack olunmasını qeydə alıblar. Hackerlər bu cür istifadəçi hesablarını oğurlayandan sonra onların qeydiyyat məlumatlarını satışa qoyurlar. Belə məlumatların satış qiymətləri isə mütəmadi olaraq artır. Bu barədə Gizchina saytı xəbər verib. IntSights adlı tədqiqat şirkətinin mütəxəssisləri bildiriblər ki, Darknet-də Youtube hesablarının qiymətləri həmin hesabların abunəçi saylarına mütənasibdir.

Məsələn, 200.000 abunəçiyə sahib hansısa Youtube kanalı Darknet-də 1000$-a satılır.

    Mütəxəssislərin sözlərinə əsasən bu cür təkliflərə tələbat çoxdur. Satışda olan bu cür Youtube kanallarının abunəçilərinə ilk növbədə dələduzluq sxemləri və şübhəli reklam kampaniyaları tətbiq olunur. Hətta əgər Youtube kanalının əsl sahibi öz kanalını qaytarsa da hacker artıq özünə vacib olan məlumatı yaymış olacaq. Bəzi hallarda hackerlər sadəcə pul vəsati qarşılığında Youtube kanalını geri qaytarırılar.


    Bu halda tələb olunan məbləği ödəyərək tez bir zamanda kanalı geri qaytarmaq kanal sahibinə daha vacibdir. Belə ki, kanal reklamlardan müəyyən gəlir əldə edir. Youtube kanallarının oğurlanması üsullarına gəldikdə isə hackerlər bu halda standart üsullardan istifadə edirlər. Belə ki, onlar kanal müəlliflərini müxtəlif  zərərli proqram təminatının yüklənməsinə məcbur edirlər. Daha sonra isə həmin zərərli proqram təminatları vasitəsilə istifadəçilərin qeydiyyat məlumatlarını oğurlayırlar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok yenə diqqət mərkəzində: Servis 1 ildən çox Android smartfonların MAC ünva..

TikTok servisi Android əməliyyat sistemindəki konfidensiallıq üzrə olan təhlükəsizlik sistemindən ya..


Yeni virus brauzer, elektron poçt və VPN servislərinin istifadəçilərinin məlumat..

Barəsində ilk dəfə 2014-cü ildə məlumat ortaya çıxmış Agent Tesla adlı kompüter virusu kibertəhlükəs..


Qualcomm şirkətinin çiplərində 400-dən çox boşluq aşkar edilib

Check Point saytının təhlükəsizlik üzrə mütəxəssisləri Qualcomm istehsalı olan mikrosxemlərin geniş ..


Pandemiya zamanı xüsusi virus külli miqdarda vəsait oğurlayıb: Hansı virus və nə..

Koronavirus pandemiyası hackerlərin daha çox fəaliyyətdə olmalarına gətirib çıxartdı.


Tədqiqatçılardan biri peyk internetini hack etməyi bacarıb: O bunu necə edib?..

Heç sirr deyil ki, hackerlər kompüterləri hack edə bilirlər. Lakin çox az adam düşünür ki, məlumatla..


Chrome üçün reklam bloklayıcı əlavələrin (extensions) 80%-i zərərli proqram təmi..

AdGuard şirkətinin mütəxəssisləri Chrome brauzerində reklamların bloklanması üçün nəzərdə tutulmuş ə..

×