main-post-cover

    Apple öz məhsulları üzrə məlumat sızıntılarını təyin etmək üçün hacker xidmətindən istifadə edibmiş

    Təhlükəsizlik
    19.08.2021
    Farid Pardashunas
        Apple şirkəti müxtəlif üsullardan istifadə edərək öz məhsulları barəsində olan məlumat sızıntıları ilə mübarizə aparır. Bu yolda şirkət hətta hackerlərin xidmətlərindən də istifadə edir. Məlum olub ki, hackerlərdən biri Apple məhsulları barəsində olmuş məlumat sızıntıları barəsində şirkətə xəbər verib. Lakin indi həmin hacker özünü açığa çıxardıb. Səbəb isə çox sadədir. Beləliklə Apple şirkətinə məhsullar üzrə məlumat sızıntılarını vermiş şəxsin adı Andrey Shumeyko-dur. O, internetdə YRH04E JVHResearch ləqəbləri ilə tanınır. 2020-ci ildə o, Apple şirkətinin təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb və şirkətə iOS 14 ilə bağlı olmuş məlumat sızıntısının ilkin mənbəsi barədə məlumat verib. Belə ki, məlumatda ona iOS 14 əməliyyat sisteminə sahib iPhone modelini göndərmiş şəxsin məlumatları əks olunmuşdu.
        1 il ərzində Andrey Shumenko adlı hacker Şençjendəki zavoddan oğurlanmış iPhone və digər məhsul prototipləri ilə əlaqəli olmuş şəxslərin adlarını şirkətə ötürürmüş. Lakin nəticədə Andrey Shumenko özünü açığa çıxardıb. Belə ki, Vice saytına müsahibə verən zaman o qeyd edib ki, Apple sadəcə olaraq ondan istifadə edib. Çünki o öz məlumatları nəticəsində şirkətdən heç bir maddi mükafat əldə etməyib. Halbu ki, o dəfələrlə şirkət əməkdaşları ilə yazışmalarında buna işarə edib. Bundan əlavə olaraq Andrey Shumeyko Apple şirkətinin həmin məlumatlardan necə istifadə etdiyini bilmir. Lakin qeyd edib ki, şirkətin Alamiyadakı əməkdaşı onunla əlaqə yaratdıqdan sonra işdən azad edilib. Apple ilə əlaqənin kəsilməsindən sonra Andrey şirkətə məxsus məlumatların internetdə satışını reallaşdırmağa cəhd göstərib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər