ABŞ-ın dövlət orqanı əməkdaşlarının smartfonları NSO Group-un casus proqram təminatı vasitəsilə hack edilib

ABŞ-ın dövlət orqanı əməkdaşlarının smartfonları NSO Group-un casus proqram təminatı vasitəsilə hack edilib

Kibertəhlükəsizlik
06.12.2021 PAYLAŞIM

    Reuters saytının verdiyi məlumata əsasən ABŞ-ın Dövlət Departamentinin Uqanda ilə çalışan minimum 9 əməkdaşının iPhone smartfonları İsrailin NSO Group şirkətinin proqram təminatı vasitəsilə hack edilib. The Wall Street Journal isə bildirib ki, hack edilmiş smartfonların sayı 11-dir. Bu kiberhücumun kim tərəfindən sifariş edildiyi hələ naməlum olaraq qalır. NSO Group isə bildirib ki, şirkətin bütün müştəriləri İsrail hakimiyyəti tərəfindən təsdiq edilir. Bundan əlavə olaraq NSO Group bildirib ki, şirkətin yaratmış olduğu casus proqram təminatı ümumiyyətlə ABŞ nömrələri ilə çalışa bilmir. Lakin Reuters bildirib ki, ABŞ-ın Dövlət Departamentinin zərər çəkmiş əməkdaşları məhz digər ölkələrə məxsus nömrələrdən istifadə ediblər və onların izlənmələri son bir neçə ay ərzində davam edib.

    Qeyd etmək lazımdır ki, NSO Group şirkətnin Pegasus adlı proqram təminatı iOS və Android vasitəsilə çalışan cihazlardakı məlumatları uzaqdan əldə etməyə imkan verir. Bundan əlavə olaraq onun vasitəsilə gizli şəkildə smartfonun kameralarını və ya mikrofonlarını aktivləşdirmək mümkündür. Cihazın sözügedən proqram təminatı ilə yoluxması üçün cihaz sahibininin hansısa əməliyyatı yerinə yetirməsinə ehtiyac yoxdur. Bununla yanaşı Pegasus həmçinin heç bir iz də buraxmır. NSO Group öz proqram təminatını yalnız digər ölkələrin dövlət idarələrinə satır. Bununla belə hər satışdan öncə şirkət İsrailin Müdafiə Nazirliyi tərəfindən xüsusi icazə almalıdır. Şirkətin rəhbəri olan Shalev Hulio bildirib ki, proqram təminatı satılandan sonra onu əldə etmiş tərəf izlənmə obyektinin kim olduğu barəsində məlumat vermir.


    Bununla belə şirkət sözügedən proqram təminatının qəbuledilməz məqsədlər üçün istifadəsi məsələsində öz müştəriləri arasında istintaq aparacağına söz verib. Əgər proqram təminatından sui-istifadə hallarının olduğu aşkar edilərsə müəyyən edilmiş müştərilər proqram təminatından məhrum olacaqlar. İsrailin ABŞ-dakı səfirliyi bildirib ki, Pegasus-un amerikalı məmurlara qarşı istifadəsi lisenziya razılaşmasının ciddi şəkildə pozulması deməkdir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ABŞ hökuməti NSO Group şirkətini xüsusi siyahıya daxil etmişdi. Söhbət, ABŞ şirkətləri ilə ticarət çərçivəsində sərt məhdudiyyətlərin tətbiq edildiyi təşkilatların siyahısından gedir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Dələduzlar Telegram-ı maliyyə məlumatlarının satışları üçün istifadə edirlər..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Cybersixgill adlı şirkətin mütəxəssisləri tərəfindən..


Safari brauzerindəki boşluq istifadəçi məlumatlarının sızdırılmasına səbəb ola b..

Apple şirkətinin Safari brauzerində aşkar edilmiş boşluq brauzer tarixçəsi ilə Google istifadəçi hes..


19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə ed..

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-n..


Yeni iOS virus sistem prosesi kimi maskalanaraq istifadəçi məlumatlarını oğurlay..

ZecOps şirkətinin mütəxəssisləri iPhone-larda yeni sistem boşluğunu aşkar edibkər.


Hackerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerl..


Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib..

Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkild..

×