Xiaomi öz smartfonlarında Google servislərini bloklamağa başlayıb
Proqram Təminatı
Əməliyyat sistemləri
03.02.2021
Farid Pardashunas
Xiaomi-nin MIUI stifadəçi interfeysi Android əməliyyat sistemi üzərində qurulub. Xiaomi smartfonlarının bir sıra istifadəçiləri isə yeni MIUI versiyasının quraşdırılmasından sonra ənənəvi Google servislərinin smartfonlara yazılmasında problemlər ilə qarşılaşdıqlarını bildiriblər. Xiaomi şirkəti bu məsələyə artıq rəsmi münasibət bildirib. Google servislərinin (Google Mobile Services) MIUI 12.5 yenilənməsindən sonra quraşdırılmasında yaranmış problemi Çindən olan istifadəçilər yaşayıblar.
Belə ki, həmin istifadəçilər MIUI 12.5-in yüklənməsindən sonra Google servislərinin quraşdırılmasının mümkünsüzlüyündən xəbər veriblər. İstifadəçilər ənənəvi servisləri yükləmək istədikləri vaxtda onların smartfonlarının ekranlarında xəta bildirişi ortaya çıxır. Bir müddət sonra Xiaomi rəsmiləri bəzi Android smartfonlarda Google servislərinin bloklanmasını təsdiqləyiblər.
Onların sözlərinə əsasən əvvəlcədən daxilində Google servisləri olmamış smartfonlarda bundan sonra Google servislərini istifadə etmək mümkün olmayacaq. Şirkət bu problemi yaşayan smartfonların siyahısını təqdim etməsə də, zərərçəkmişlər arasında Redmi K30 Ultra və Redmi 10X 5G smartfonlarının istifadəçiləri var. Qeyd etmək lazımdır ki, yaranmış problem hələki Çin bazarında olan smartfonlar üçün aktualdır və onların qlobal versiyalarına aid edilmir. Xiaomi bu cür addımı ABŞ hökumətinin onu qara siyahıya salmasının fonunda atıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!