Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb
Proqram Təminatı
Əməliyyat sistemləri
05.08.2021
Farid Pardashunas
Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etmişdi. Bundan sonra arzuolunmaz tətbiqlərin bloklanmasını təmin edən alqoritm sistem tərəfindən şübhəli bilinən tətbiqlərin yüklənməsinin və işə salınmasının qarşısını alacaq. Bu cür tətbiqlər siyahısına torrent və kriptovalyuta mayninqi tətbiqləri də daxil olublar. Arzuolunmaz tətbiqlərin bloklanması funksiyası hələ 2018-ci ildə təqdim olunmuşdu. Lakin həmin vaxtda istifadəçi onu PowerShell sistem aləti vasitəsilə fərdi şəkildə aktivləşdirməli idi.
Bir neçə müddət bundan öncə təqdim olunmuş yenilənmə sayəsində isə bu funksiya Windows Defender-də avtomatik olaraq aktivləşir. Bu funksiyanın vəziyyətini Windows-un təhlükəsizlik ayarlarında yoxlamaq mümkündür. Microsoft şirkətinin potensial təhlükəli tətbiqlər siyahısına daxil etdiyi tətbiqlər arasında P2P şəbəkələrdə fayl mübadiləsi üçün olan bəzi tətbiqlər, kriptovalyuta mayninqi ilə əlaqəli olan proqram təminatları, istifadəçinin zövq üstünlüklərini analiz edib onları yığmaqla məşğul olan reklam və marketinq tətbiqləri var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ