Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Əməliyyat sistemləri
07.06.2023 PAYLAŞIM

    Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını istifadəyə verməyə hazırlaşır. İndi isə internetdə OneUI 6-da reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumatlar ortaya çıxıb. Bununla yanaşı yeni istifadəçi interfeysini ilk əldə edəcək Samsung smartfonlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb.

    Beləliklə verilmiş məlumata əsasən OneUI 6 özündə yenilənmiş ana səhifəni, jestlər vasitəsilə reallaşdırılan yaxşılaşdırılmış naviqasiya sistemini, ayrı-ayrı tətbiqlərdə interfeys dilinin individual şəkildə ayarlanmasını və bloklanmış ekran ilə iş masasının ayarlanması üzrə geniş imkanları birləşdirəcək. OneUI 6-nı əldə edəcək ilk smartfonların qeyri-rəsmi siyahısı isə aşağıdakı kimidir.


- Samsung Galaxy S23/S23+/S23 Ultra

- Samsung Galaxy S22/S22+/S22 Ultra

- Samsung Galaxy S21/S21+/S21 Ultra/S21 FE

- Samsung Galaxy A04s/A13/A14/A23/A33/A52s/A52/A53/A72/A73

- Samsung Galaxy M23/M33 5G/M53 5G

- Samsung Galaxy Z Fold 3/Fold 4

- Samsung Galaxy Z Flip 3/Flip 4.

    Gözləntilərə əsasən OneUI 6 Beta avqust ayında istifadəçilərə təqdim ediləcək. Beta versiyanın istifadəyə verilməsindəın bir neçə həftə sonra isə stabil versiyanın təqdim ediləcəyi gözlənilir.



DAHA ÇOX


Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb..

Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığın..


Windows 11 üçün yaxın zamanda hansı yeniliklər istifadəyə veriləcək?

Microsoft şirkəti 26 sentyabr tarixində Windows 11 üçün növbəti böyük yenilənməni istifadəyə verəcək..


OneUI 6-nın ilk beta versiyası Galaxy S22 smartfonları üçün istifadəyə verilib..

Biraz əvvəl məlum oldu ki, Samsung şirkəti özünün OneUI 6.0 istifadəçi interfeysinin ilk beta versiy..


Galaxy S21 smartfonları üçün OneUI 6-nın ilk beta versiyası istifadəyə verilib..

Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin testlərini aparmağa davam edir...


WatchOS 10-un stabil versiyası istifadəyə verilib

Apple daha bir əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib.


iPadOS 17-nin stabil versiyası istifadəyə verilib

iOS 17-nin stabil versiyası ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17 əməliyyat sisteminin də stab..

×