main-post-cover

    Samsung Galaxy Note 10 Lite üçün Android 13-ü istifadəyə verib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.11.2022
    Farid Pardashunas
        Galaxy S21 FE smartfonu ilə yanaşı Samsung şirkəti Android 13 əməliyyat sistemini həmçinin Galaxy Note 10 Lite smartfonu üçün də istifadəyə verib. Məlumatda qeyd edilib ki, Galaxy Note 10 Lite smartfonunun Fransadan olan istifadəçiləri əməliyyat sistemi yenilənməsini artıq əldə etməyə başlayıblar. Digər regionlarda isə bu smartfon üçün Android 13 yaxın zamanda hamı üçün təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 Lite modeli Android 13-ü yeni OneUI 5.0 istifadəçi interfeysi və Google şirkətinin bu ay üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsi ilə birlikdə əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər