main-post-cover

    Samsung Galaxy A72 üçün Android 13-ün stabil versiyasını istifadəyə verib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    24.11.2022
    Farid Pardashunas
        Samsung şirkəti Galaxy A seriyasının daha bir smartfonu üçün Android 13-ün stabil versiyasını istifadəyə verib. Söhbət, Galaxy A72 modelindən gedir. Əməliyyat sistemi yenilənməsi bu smartfonun bəzi regionlarda olan istifadəçiləri üçün artıq istifadəyə verilib və yaxın günlər ərzində bütün dünyadakı Galaxy A72 istifadəçiləri üçün aktiv olacaq. Beləliklə Galaxy A72 modeli Android 13 ilə birlikdə yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər