Reklam
Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını istifadəyə verib

Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını istifadəyə verib

Əməliyyat sistemləri
17.06.2022 PAYLAŞIM

    Microsoft şirkəti Windows, macOS, iOSAndroid əməliyyat sistemləri üçün Defender antivirus tətbiqinin istehlakçı versiyasını təqdim edib. Sözügedən antivirus tətbiqi özündə sadələşdirilmiş idarəetmə panelini birləşdirir və bütün istifadəçi cihazlarının kibertəhlükələrdən qorunmasını təmin edir. Beləliklə Defender-in istehlakçı versiyası Microsoft 365 PersonalMicrosoft 365 Family abunəçiləri üçün aktivdir. İstifadə olunan cihazdan asılı olaraq antivirus tətbiqinin imkanları fərqlənir. Məsələn iOS və iPadOS əməliyyat sistemləri qapalı sistemlər olduqları üçün onlarda istifadə edilən Defender versiyasında antivirus qorunması mövcud deyil. Lakin buna baxmayaraq sözügedən platformanın istifadəçiləri Defender-in digər imkanlarından istifadə edərək öz cihazlarının təhlükəsizliklərini təmin edə bilərlər.


    Defender-in Android versiyası daha genişləndirilmiş funksionallığa sahibdir. Belə ki, o özündə antivirus qorunmasını, sistem skanı imkanını və fişinq hücumlardan qorunma özəlliyini birləşdirir. Windows-da isə Defender əsasən monitorinq paneli qismində çıxış edir və o, əməliyyat sisteminə inteqrasiya edilmiş antivirusun işinə müdaxilə etmir. Windows-da panel qismində çıxış edən Defender-də kənar tərtibatçıların antivirus məhsullarının məlumatlarını izləmək olar. Buna misal olaraq Norton McAfee antiviruslarını gətirmək olar. Tətbiqin macOS versiyası da eyni imkanları təklif edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender antivirus tətbiqi yeni faydalı funksiyanı əldə edib

Microsoft şirkəti Windows 11 üçün növbəti yenilənmənin təqdim edildiyini elan edib.


Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyə..

Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin ..


Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya..

Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edi..


iOS 16-da Always on Display funksiyası bir qədər fərqli şəkildə çalışacaq..

9to5mac saytının jurnalistləri iPhone-larda çoxdan gözlənilən Always on Display funksiyasının sonund..


Huawei HarmonyOS 3 əməliyyat sistemini təqdim edib

Huawei rəsmi şəkildə HarmonyOS 3.0 əməliyyat sistemini təqdim edib.


MIUI 14-ün screenshot fotoları ortaya çıxıb

Xiaomi, Redmi və POCO smartfonları üçün nəzərdə tutulmuş MIUI 14 istifadəçi interfeysinin screenshot..

×