Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib

Microsoft təhsil sahəsi üçün nəzərdə tutulmuş Windows 11 SE-ni təqdim edib

Əməliyyat sistemləri
10.11.2021 PAYLAŞIM

    Microsoft şirkəti Windows 11-in tələbələr və məktəblilər üçün nəzərdə tutulmuş xüsusi versiyasını təqdim edib. Gözləntilərə əsasən Windows 11 SE adlı xüsusi versiya təhsil sahəsində ChromeOS ilə rəqabət aparacaq. Windows 11 SE özündə Microsoft-un standart ofis tətbiqlərini birləşdirir və ucuz qiymətə satılan noutbuklar üçün nəzərdə tutulub. Sözügedən əməliyyat sistemi təhsil müəssisələri üçün yaradılmış əməliyyat sistemi kimi çıxış edir və o yalnız öncədən noutbuklara quraşdırılmış əməliyyat sistemi formatında yayılacaq.


    Windows 11 SE-ni adi Windows 11-dən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, onda tətbiqlər mağazası mövcud deyil. Bununla yanaşı sistem adminləri sözügedən əməliyyat sisteminə kənar resurslardan müəyyən tətbiqləri yükləyə biləcəklər. Artıq məlumdur ki, müəyyən tətbiqlər siyahısına Google Chrome brauzeri və Zoom tətbiqi daxil olacaq. Windows 11 SE Microsoft 365 ofis paketini tamamilə dəstəkləyir.

    Onun Edge brauzeri isə Chrome üçün nəzərdə tutulmuş əlavələr (extensions) ilə çalışa bilir. Qeyd etmək lazımdır ki, Windows 11-in xüsusi versiyası avtomatik olaraq OneDrive-dakı sənədlərin ehtiyat kopyalarını yaradır. Maraqlısı ondadır ki, Windows 11 SE-də vidjetlər deaktiv olunub. Belə ki, tərtibatçıların fikirlərinə əsasən vidjetlər tələbələr ilə məktəblilərə maneə törədirlər. SE versiyada bütün tətbiqlər avtomatik olaraq geniş ekran rejiində işə düşürlər. Windows 11 SE-yə sahib noutbukların satışlarına bu ilin sonunda start veriləcəyi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şir..


4 yanvar tarixində BlackBerry OS əməliyyat sisteminin dəstəyi dayandırılacaq..

Bu həftədən başlayaraq BlackBerry şirkəti özünün BlackBerry OS əməliyyat sisteminin dəstəyini dayand..


MIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib..

Xiaomi şirkəti MIUI 13-ü təqdim edəndən sonra sözügedən istifadəçi interfeysini qlobal bazarda əldə ..


MIUI 13 istifadəçi interfeysi təqdim olunub

Xiaomi şirkəti yeni MIUI 13 istifadəçi interfeysini təqdim edib. Lakin bu dəfə Xiaomi Apple şirkətin..


Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edi..

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını ..


Samsung Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edə bilər

Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia OS əməliyyat..

×