Microsoft şirkəti Windows 10-u daha bir ənənəvi funksiyadan məhrum edib

Microsoft şirkəti Windows 10-u daha bir ənənəvi funksiyadan məhrum edib

Əməliyyat sistemləri
10.08.2020 PAYLAŞIM

    Windows 10-un sistem yenilənmələri istifadəçilərə yeni funksiyalar gətirməkələ yanaşı bəzən ənənəvi funksiyaları da deaktiv edirlər. Windows 10-un yeni təqdim edilmiş sistem yenilənməsində idarəetmə panelinin vacib komponentlərindən biri deaktiv edilib. Söhbət, kompüterlərə drayverlərin yazılması ilə bağlı özəllikdən gedir. Bu barədə 4pda saytı xəbər verib.

    Beləliklə Windows 10-un 19041.423 versiyasından başlayaraq drayverlərin internet vasitəsilə avtomatik yenilənmələri deaktiv edilir. Bundan sonra proqram təminatının yeni versiyalarını Device Manager-dən yalnız o halda quraşdırmaq olacaq ki, onlar öncədən kompüterin yaddaşına yüklənmiş olsunlar. Proqram təminatlarının Microsoft serverlərinə keçidləri isə bloklanıb və bu özəllik kontekst menyudan yığışdırılıb.


Windows 10

    Drayverlərin internet vasitəsilə yenilənmələrinin yoxlanılmasını istifadəçi fərdi şəkildə reallaşdırmalı olacaq. O bunu sistem menyusunun ayarlarındakı məcburi olmayan yenilənmələr səhifəsində edə biləcək. Microsoft şirkəti bu cür dəyişikliyin nəyə görə edildiyi barəsində bir məlumat verməyib. Lakin insayderlərin məlumatlarına əsasən bunun əsas səbəbi mövcud olan drayverlərin quraşdırılmış təchizatla uyğunlaşmamaları nəticəsində ortaya çıxan xətalardır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS 14-də iPhone-nun çalışma müddəti test edilib (VİDEO)

iOS 14-ün smartfona quraşdırılmasından sonra smartfonun avtonom rejimdə çalışma müddətinin necə dəyi..


Apple şirkəti iOS 14-ün final versiyasını istifadəyə verib: Nə kimi dəyişikliklə..

Apple şirkəti iOS 14 əməliyyat sisteminin final versiyasını istifadəyə verib. Əvvəlki iOS 13 ilə müq..


Mövcud olan Huawei smartfonlarını da HarmonyOS-ə kimi yeniləmək mümkün olacaq..

Huawei Developer Conference 2020 tədbiri çərçivəsində şirkət HarmonyOS 2.0 əməliyyat sistemini və EM..


Huawei-dən yeni EMUI 11 istifadəçi interfeysi: Nə kimi dəyişikliklər var?

Huawei Developer Conference tədbiri çərçivəsində şirkət yenilənmiş EMUI 11 istifadəçi interfeysini t..


Google büdcəli smartfonlar üçün nəzərdə tutulmuş Android 11 Go Edition-u təqdim ..

Android 11-in final versiyasını istifadəyə verdikdən sonra Google şirkəti sözügedən əməliyyat sistem..


Huawei HarmonyOS-ə sahib ilk smartfonların bazara nə zaman çıxacaqlarını elan ed..

Tərtibatçılar üçün nəzərdə tutulmuş Huawei Developer Conference 2020 tədbiri çərçivəsində şirkət Har..

×