İnsayderlər: Yeni Android versiyaları Google Play vasitəsilə yenilənəcəklər

İnsayderlər: Yeni Android versiyaları Google Play vasitəsilə yenilənəcəklər

Əməliyyat sistemləri
26.11.2020 PAYLAŞIM

    Hər yeni Andorid versiyasının istifadəyə verilməsindən sonra istifadəçilər aylarla Google-dan sistem yenilənmələrini gözləməli olurlar. Gələn il Android 12-nin istifadəyə verilməsi ilə bu problem həll oluna bilər. Belə ki, Google şirkəti qrafik drayverlərlə birlikdə həmçinin Google Play mağazasına əməliyyat sisteminin digər komponentlərini də əlavə etməyi planlaşdırır. Bunun sayəsində əməliyyat sistemi yenilənmələri istifadəçilərin cihazlarına daha tez bir zamanda yüklənəcəklər. Bu barədə Gizchina saytı xəbər verib.


    XDA-Developers saytının istifadəçilərindən biri bildirib ki, Google şirkətinin Project Mainline adlı layihəsinə tətbiqlərin sürətlli işə salınması mühiti əlavə ediləcək. Söhbət, Android Runtime mühitindən gedir. Bunun sayəsində sistem yenilənmələri ilə məşğul olan tərtibatçılar əməliyyat sisteminin vacib elementləri üçün olan yenilənmələri Google Play-ə yerləşdirə biləcəklər. Gələn il Android 12 istifadəyə veriləndən sonra smartfon istehsalçıları bu üsul ilə əməliyyat sisteminin ayrı-ayrı bölmələrini yeniləyə biiləcəklər. Bu halda ağır həcmdə olan sistem yenilənmələrini təqdim etməyə ehtiyac qalmayacaq.

    Google şirkətinin bu cür qərarı nəzəri cəhətdən smartfon istehsalçılarına Android yenilənmələrindən geri qalmamaqda yardımçı olmalıdır. Qeyd etmək lazımdır ki, söhbət, əməliyyat sisteminin funksionallığının yaxşılaşdırılmasından deyil, onun qorunması və təhlükəsizlik mexanizmlərindən gedir. Məlumata əsasən Google şirkəti Android-i bir neçə modula bölməyi planlaşdırır və bu halda hər bir modul bir-birindən asılı olmadan yenilənəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-yə smartfonlardakı yaddaşa qənaət üçün faydalı funksiya əlavə edilə b..

Yaxın aylarda Android 12 əməliyyat sisteminin ilk beta versiyasının təqdim olunacağı gözlənilir...


Huawei öz brauzeri ilə servislərinin desktop versiyaları üzərində çalışır..

Keçən ay Huawei şirkətinin vitse prezidenti HMS-in (Huawei Mobile Services) nailiyyətlərindən danışm..


Rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq milyonlarla kompüter Windows 7 vasi..

Bir neçə analitik şirkət Windows əməliyyat sisteminin müxtəlif versiyalarının bazardakı paylarından ..


Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək..

Huawei şirkəti ABŞ-ın qara siyahısına salındığı üçün o, Google servislərindən və ümumilikdə Android ..


MIUI 12.5 nə zaman istifadəyə veriləcək və hansı smartfonlarda dəstəklənəcək? (S..

Xiaomi şirkəti Mi 11 flaqman smartfonu ilə birlikdə həmçinin MIUI 12.5 adlı yeni istifadəçi interfey..


Xiaomi MIUI 12.5 istifadəçi interfeysini təqdim edib: Yeniliklər nələrdir?

Dünənki tədbirdə Xiaomi şirkəti Mi 11 flaqman smartfonu ilə birlikdə həmçinin MIUI 12.5 istifadəçi i..

×